
Rəssamlıq emosiyaların və düşüncələrin təxəyyüllə qarışdığı bir sənətdir. Rəssamlar hər fırça vuruşunda duyğularını əks etdirirlər. Hər toxunuş təxəyyülün bir hissəsidir. Bu elə bir sənətdir ki, tək bir rəsm çox səhifələri izah edə bilər. Ən çox yayılmış vizual sənətlərdən biridir. Tarix boyu bir çox rəssamlar öz rəsmlərini canlandırıb və günümüzə qədər gəlib çatıblar. Rəsmlərdə rəssamların hiss və düşüncələri yer alıb. Rəssamlara heyranlıq onların çəkdikləri rəsmlərdən deyil, özlərindən gəlir. İnsanlar rəssamların rəsmlərini başa düşmək üçün onlara diqqət yetirirlər. Həmin an onlardan gələn duyğuları təsvir etmək üçün rəsm çəkirlər. Təsvir edilən şəkillər əslində insanları başa düşmək üçün hazırlanmışdır. Rəssamlıq möhtəşəm sənətdir. Pikasso və Leonardo Da Vinçi kimi məşhur rəssamların adları bütün dünyada eşidilib. Ən çox sevilən sənət qollarından biri də rəssamlıqdır. Rəsm çəkərkən insan özünü dinc və xoşbəxt hiss edir. Sənətə olan maraq insanı gələcəkdə böyük rəssam edə bilər. Rəssamlar böyük arzu, hisslərini, düşüncələrini rəngləyib insanlara təqdim edirlər.
Mənbə: Denkbilgi.com
Tərcümə etdi: Aydan Qasımova
