Balıqların ləzzətli bişirilməsi üçün balığı seçərkən diqqətli olmaq lazımdır. Balıq seçərkən onun təzə olub-olmadığını müəyyən etmək üçün ilk növbədə rənginə baxmaq lazımdır. Rəngi parlaqdırsa, balığınız təzədir. Bundan əlavə, təzə balıqların gözləri şüşə kimi parlaq, qulaqları isə qırmızı xallıdır. Köhnə balıqların qabığı soyulur. Balıqları düzgün seçdikdən sonra bişirmə mərhələlərinə keçə bilərsiniz.
Balıq bişirmə üsulları hansılardır?
Əsas balıq bişirmə texnikası; qızartma, qril, buxarda bişirmək, qaynatmaqdır. Bəs hansı balıq hansı üsulla bişirilir?

Sobada qızartmaq üçün ideal soba temperaturu 160-250 dərəcə arasında olmalıdır. İstər fileto olsun, istər tünd ət fərqi yoxdur. Bütün fileto və ya bütöv balıq bişirmək üçün uygundur. Sobada bişirmək üsulunun da öz fərqləri var. Balıqlar, əsasən, dərin bir çörək qabında bişirilir, şüşə qabda bişirilir və ya kağız üzərində bişirilir. Bir çörək qabında bişirərkən, balığınızı bir az maye ilə bişirmək lazımdır. Şüşə qabda bişirərkən əlavə edəcəyiniz balıqdan başqa inqrediyentləri, xüsusilə, tərəvəzləri balığın altına və üstünə halqa şəklində qoymalısınız. Sobada başqa bir bişirmə üsulu kağız üzərində bişirməkdir. Bu texnika balığın öz buxarı ilə bişməsinə imkan verir.

Balıqlarınızı yağda qovura bilərsiniz. Əgər yağda qızardırsınızsa, balığın yalnız 2/3 hissəsini örtəcək qədər yağ əlavə etməlisiniz. Əgər kərə yağında qızartmaq niyyətindəsinizsə, dərin tavada yüksək odda qovurmalısınız. Ətli və yağsız balıq qızartmaq üçün ən uyğundur. Balıq qızardarkən yağın temperaturu 165 dərəcədən yuxarı olmalıdır. Çünki qızartmanın mahiyyəti balığı öz suyunda qoyub, qızardılan yağın istiliyinin balığa keçməsini təmin etməkdir. Yaxşı bir qızartma xırtıldayan və qızılı qəhvəyi rəngdə olmalıdır. Qızardılmış balığın ləzzətini artırmaq üçün onu una batıraraq qovura bilərsiniz.
Qızardacağınız balıqların hər iki tərəfini iti bıçağın ucu ilə çərtməlisiniz və fırça ilə yağ sürməlisiniz. Balıqlarınızı əvvəlcədən isidilmiş isti qrildə də bişirməlisiniz.

Buxarda bişirmək
Dünya mətbəxlərində ən sağlam yemək üsullarından biri hesab olunur. Bu üsulla bişirilən balıqlarda rəng və ya forma itkisi, qida dəyərlərində heç bir dəyişiklik yoxdur. Buxarda bişirmək üçün əvvəlcə böyük bir qaba su töküb qaynatmaq lazımdır. Daha sonra üstünə dəlikli qab və ya xüsusi buxar qabı qoyub balığınızı bu qaba qoyub bişirməlisiniz. Bu üsulla ən yaxın bişirmə üsulu buğlama üsuludur.

Fileto və yumşaq ətli balıqlar buğlama üsulu üçün ən uyğundur. Buğlama texnikası ilə bişirərkən, qapaqlı qabdan istifadə etməyə diqqət yetirməlisiniz. Səbəb isə balıqların nəm itirməsinin qarşısını almaqdır. Buğlama etdiyiniz balığı bişirərkən dadını çıxarmaq üçün müxtəlif tərəvəzlər, souslar və ədviyyatlar əlavə edə bilərsiniz.
Balıq bişirərkən nəzərə alınmalı məqamlar
Balıqları təmizləyərkən mətbəx dəzgahına kağız yayın. Beləliklə, yer təmiz qalır. Balıq pulcuqlarını bıçaq yerinə qaşıqla təmizləyin.
Balıqları bişirməzdən əvvəl bol su ilə yuyun, duz əlavə edin və süzgəcdə 10-15 dəqiqə buraxın. Balıqları isti yağda qızardın. Çörəyi tavaya atanda yağın qızdığını və onun yanında qabarcıqlar əmələ gəlməyə başlayanda biləcəksiniz. Bundan əlavə, çörək parçası yağın içindəki suyu özünə çəkdiyi üçün onun üzərinizə sıçramasının qarşısını almış olursunuz.
Balıq qoxusunu aradan qaldırmaq üçün əllərinizi limonlu su ilə yuyun.
Balıq bişirərkən heç vaxt etməməli olduğunuz məqamlar
Qırmızı qəlpələri açıq çəhrayı rəngə çevrilmiş, yumşalmış, gözləri qeyri-şəffaf balıqları almayın. Balıqları uzun müddət hətta soyuducuda da saxlamayın. Balıqları təmizləyərkən küt bıçaqlardan istifadə etməyin. Hər balığa limon əlavə etməyi vərdiş halına gətirməyin.
Mənbə: Lezzet
Tərcümə etdi: Nuran Əhmədzadə
