Bu gün:

Balıq tutarkən bilməli olduğunuz 9 tövsiyə


Səmərəli balıq tutmaq üçün bilməli olduğunuz bəzi məqamlar var. Bu məqamlara diqqət yetirməklə, saatlarla gözləmədən daha çox balıq tuta bilərsiniz. Balıq tutarkən bilməli olduğunuz məqamlar bunlardır: 

Səbirli olun

İlk təcrübənizdən anlayacaqsınız ki, balıq tutmaq səbir məsələsidir. Təmiz havanın və dənizin ləzzətini alarkən bu işin nə qədər zövqlü olduğunu düşünün. Balıq tutmaq bir neçə saat çəkə bilər. Ona görə də nə qədər səbirli olsanız, etdiyiniz işdən bir o qədər həzz alacaqsınız. 

Balıqçılıq çubuğunun seçimi

Balıq tutarkən istifadə edəcəyiniz çubuq çox vacibdir. Sahildən balıq tutanlar üçün, ümumiyyətlə, crankbaits tövsiyə olunur. Bir qayıqdan balıq tutmağı planlaşdırırsınızsa, daha qısa çubuqlar seçə bilərsiniz.

Məkan məlumatı

Balıq ovuna getməzdən əvvəl balıq tutacağınız yeri qərarlaşdırın. Balıq tutacağınız yerdə hansı balıqların daha çox yayıldığı barədə məlumat alın. İstəyirsinizsə, tutacağınız balıq növünə uyğun yer seçə bilərsiniz. Balıq ovuna getməzdən əvvəl ideal tutma ölçülərini tapın. Kiçik tutulan balıqları geri atdığınızdan əmin olun. 

Yem seçimi

Tutacağınız balığa uyğun yem seçmək daha çox məhsuldarlıq əldə etməyə kömək edəcək. Əgər dəniz balığını ovlamağa hazırlaşırsınızsa, məmun, qırqovul, çörək kimi yemlərdən istifadə edə bilərsiniz. Əgər göl balığı üçün balıq tutmağa hazırlaşırsınızsa, pulpa tipli yemdən istifadə edə bilərsiniz. 

Ov avadanlığı

Ov avadanlığı balıq növündən asılı olaraq dəyişir. Məsələn, kiçik bir çubuqla böyük balıqları cəlb edə bilməzsiniz. Balıq tutmağa gedərkən ehtiyacınız olan hər bir avadanlığı götürün. 

Dərinliyə diqqət yetirin

Ovlamaq istədiyiniz balığın hansı dərinlikdə yaşadığını öyrənin. Dərin suda üzən balıqlar üçün çubuq ucuna bir başlıq bağlamaq lazım ola bilər. Əgər həvəskar kimi balıq ovu ilə məşğul olursunuzsa, mümkünsə daha dayaz və dərinliyin göründüyü yerləri seçin. 

Ov saatı 

Məhsuldar ov üçün balığı tutduğunuz vaxt da çox vacibdir. Əgər vedrənizi doldurmaq istəyirsinizsə, səhərin ilk işığından günortaya qədər balıq tutmağa cəhd edə bilərsiniz. Günəş doğduqca dənizdə aktivlik artır. Axşam saatlarında balıq ovu çətinləşə bilər.

Ehtiyat avadanlıq

Balıqçılıq zövqünüzü kəsməmək üçün ehtiyat avadanlığı gətirməyinizə əmin olun. Çubuğunuz-qarmağınız zədələndiyi halda istifadə edə biləcəyiniz ehtiyat çubuqlara və ov avadanlığına sahib olmaq işinizi asanlaşdıracaq.

Təchizat almaq

Balıq tutmaq səhər tezdən başladığı üçün uzun saatlar çəkə bilər. Gedəcəyiniz yerdə heç bir şey olmadıqda, özünüzlə yemək və içki aparmağınızdan əmin olun. Əlavə su götürməyi unutmayın. 

Mənbə: Lezzet 

Tərcümə etdi: Nuran Əhmədzadə 

Paylaş
Şərh əlavə et