Bu gün:

Səyahət etmək üçün ən yaxşı 5 ölkə


1- Tanzaniya

Sənədli filmlərdə izlədiyiniz vəhşi təbiəti və böyük köçləri izləməyə nə deyirsiniz? YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olan Serengeti Milli Parkı bu ölkədə yerləşir.Şir, fil, kərgədan, bəbir, zürafə, camış kimi canlıların təbii həyatlarını və yaşamaq uğrunda mübarizəsini görmək hər bir səyyahın arzusudur.

Bahar Gündoğdu, Tanzaniyanın bir hissəsi olan Zənzibar haqqında “Hind okeanında yerləşən ada suyun üstündəki gözəllikləri ilə yanaşı, su altındakı gözəllikləri ilə də insanları valeh edir. "Siz ədviyyat turlarına qoşula və Freddie Mercury-nin doğulduğu bu kiçik adada dalış edə bilərsiniz" deyir. 

2- Hindistan

Min illər boyu yığılmış fərqli, lakin təsirli mədəniyyətin içində itəcəksiniz.

Hindu ayinlərinin keçirildiyi Qanq çayı ilə unudulmaz səhnələrin, paytaxt Dehlidə küçə səhnələrinin, Bombeydəki yoxsulluq və zənginliyin təzadlarının, həyatınızda görmədiyiniz yüzlərlə növ ədviyyatın və rənglərin şahidi olacaqsınız. 

Paytaxt Yeni Dehli, Tac Mahalın evi Aqra və Muğal arxitekturasına malik Caypur mütləq ziyarət edilməli şəhərlərdir. 

3- İspaniya

Oğulcan Tatar, "17 muxtar bölgəsi və coğrafi mövqeyi sayəsində bir çox fərqli mədəniyyətə ev sahibliyi edən İspaniya, hər bir səyahətçinin mütləq ziyarət etməli olduğu bir ölkədir" dedi.

Paytaxt Madriddə neoklassik binalar və kral dövrünün izləri, YUNESKO siyahısında olan Barselonada Memar Antoni Qaudinin möhtəşəm əsərləri və Əndəlus müsəlmanlarının paytaxtı Sevilya mütləq görülməli şəhərlər arasındadır.

4- Braziliya

Ölkənin simvolu olan Xilaskar İsa Məsih heykəli, dünyaca məşhur Kopakabana çimərliyi, qeyri-adi karnavalları, gecəqonduları və ekzotik Amazon meşələri ilə son dərəcə rəngarəng bir ölkədir. Rio de Janeyro hər küncdə oynanan küçə futbolu, samba şouları və çimərliklərlə ən çox ziyarət edilən yerdir.

Furkan Tekin, “Braziliya əyləncələr və ecazkar təbiət bir araya gəldiyində bənzərsiz bir məkana çevrilir".

5- İtaliya

Roma İmperiyasının ürəyi olan qədim Roma şəhəri, İntibah dövrünün doğulduğu sənət şəhəri Florensiya, modanın paytaxtı Milan və sevgililər şəhəri Venesiya olacaq. Sizi tarix, sənət və alış-verişlə doldurun.

Amalfi, Komo gölü, Bolonya, Piza, İtaliya sahilləri boyunca uzanan təsirli dənizkənarı şəhərləri ilə Genova, filmlərdən bildiyiniz Siciliya və daha çox...

Mənbə: Hürriyyet

Tərcümə etdi: Namiq Atamalıyev

Paylaş
Şərh əlavə et