Bu gün:

İtalyan mətbəxi haqqında maraqlı faktlar


Dünyanın ən məşhur mətbəxlərindən biri olan İtaliya spagetti, pizza, lazanya, ravioli, panna kotta və tiramisu kimi ləzzətləri ilə seçilir. Dünya mətbəxlərinə ləzzətli reseptlər gətirən italyan mətbəxinə yaxından nəzər salır və bu mətbəxin bilinməyənlərini sizinlə bölüşürük. İtalyan mətbəxi haqqında eşitmədiyiniz maraqlı faktlar:

Bu günə qədər qorunub saxlanılan dünyanın ən qədim yemək kitabı italyanlara məxsusdur. "İtalyan De Re Culinaria" adlanan bu kitab 4-cü və 5-ci əsr Roma dövrünə aid reseptləri əhatə edir. Belə ki, italyan mətbəxində zəngin Roma mədəniyyətinə tez-tez rast gəlmək olar.

Makaronda istifadə edilən truffle göbələkləri İtaliya ilə əlaqələndirilir. 2007-ci ildə Toskana bölgəsində tapılan 1,5 kq truffle təxminən 330.000 dollara satılaraq dünya rekoru qırdı. İtaliyada bir restorana getdiyiniz zaman əvvəlcə başlanğıc, sonra əsas yemək, desert və mədə rahatladan yemək sifariş etməlisiniz.

İtaliyada makaron sousuna makaronun özündən daha çox səy sərf olunur. Çünki makaron məmulatlarının əsasını bu souslar təşkil edir. 

16-cı əsrdə Neapolda kasıbların ala biləcəyi düz, yuvarlaq yeməklər hazırlanırdı. Bu çörəklər pizza adlandırılmağa başlandı. 1889-cu ildə Raffaele Esposito adlı çörəkçi bu çörəyə mozzarella pendiri, reyhan və pomidor əlavə etdi. Pomidorun qırmızısı, reyhanın yaşılı və pendirin ağı İtaliya bayrağının rənglərini təmsil edirdi. Bu pizza marqarita adlanırdı. İtaliyada pizzanın yanında kola və ya qazlı içki sifariş edilmir. Bunun əvəzinə suya və ya şəraba üstünlük verilir. İtaliyada bir restoranda və ya bir dostunuzun evində yemək yeyərkən, boşqabınızda heç bir yemək saxlamamağa diqqət edin. İtalyan mətbəxində spagetti qırılmadan hazırlanır və spagettini qaşıqla büküb yemək çox ayıbdır. Makaron yeyərkən heç vaxt bıçaqdan istifadə etməyin. Bu, makaronun pis bişdiyini ifadə edə bilər. 

Əsas yeməkdə qəhvəyə icazə verilmir. Espresso yeməkdən sonra verilir. Kapuçino yalnız səhər yeməyində içilən qəhvədir.

İtalyanlar yeməkləri təkcə doymaq üçün deyil, həm də zövq almaq üçün bişirirlər. Ona görə də mozzarella pendiri, reyhan, makaron xəmiri kimi inqrediyentlərdən hazır şəkildə istifadə edilmir.

Dondurulmuş məmulatlardan istifadə ayıb sayıla bilər. İtalyan yeməklərinin bu qədər ləzzətli olmasının səbəblərindən biri də təzə inqrediyentlərdən istifadə etməkləridir. İtalyan pizzaları incə xəmirli olur. Pepperoni pizza Amerika mənşəlidir. İtaliyada pepperoni pizza sifariş etsəniz, bibərli pizza ilə qarşılaşa bilərsiniz. 

İtalyan mətbəxində salat əsas yeməkdən sonra yeyilir. Bunun səbəbi həzmə kömək etməsidir. İtalyan salatlarında çox tərkibli souslara üstünlük verilmir. Bunun əvəzinə tez-tez balzam sirkəsi və zeytun yağı qarışığı istifadə olunur. Adlarında bar olan yerlər İtaliyada qəhvəxanalar deməkdir.

İtaliyada latte süd deməkdir və yalnız latte deyəndə ancaq süd gətirilir. Buna görə də sifarişinizə “caffe” sözünü əlavə etməlisiniz. Caffe latte kimi.

İtaliyada qəhvə sifarişləri take away sistemi ilə verilir. Beləliklə, al götür sifarişi ilə daha az ödəyirsiniz. Əgər siz kafedə oturarkən qəhvənizi içəcəksinizsə, sizə xidmət verildiyi üçün xidmət haqqı sifarişinizdə əks olunacaq. 

Mənbə: Lezzet 

Tərcümə etdi: Nuran Əhmədzadə 


Paylaş
Şərh əlavə et