İngiltərədə çay yetişdirilməsə də, çayın ingilis mədəniyyətində çox mühüm yeri var. Günün iki hissəsi çaya həsr olunur. Bunlardan birincisi saat 15:00-17:00 arasında hazırlanan "Low tea", ikincisi isə 17:00-dan sonra hazırlanan "High Tea", yəni günorta çayıdır.
İngilislərə günorta çayı ənənəsi haradan gəlir?
1600-cü illərdə çinlilər şiddətli təkidlə ingilislərə çay satmağa qərar verdilər. Bunun müqabilində gümüş və qızıl istədilər. Lakin çayın içilməsi və becərilməsi ilə bağlı heç bir məlumat verməyiblər. Ona görə də ingilislər çaya süd qatırdılar, yaşıl və qara çayın fərqini belə bilmirdilər. İllər keçdikcə çinlilər çayın qiymətini tədricən artırdılar və ingilislərin gümüşü tükənməyə başladı. 1828-ci ildə Hindistana təyin olunan lord Bentik Çay Komitəsini yaratdı. Komitənin məqsədi Hindistanda çay yetişdirmək idi. Bu prosesdə ingilis botanikləri çay yetişdirməyi öyrənmək üçün Çinə göndərilir və oradan da Hindistana gedirlər. 1848-ci ildə Robert Fortune 3 il Çində yaşayır, məlumat alır və toxum toplayır. Daha sonra Şri-Lanka və Hindistanda çay becərilməsi başladı. Bir müddət sonra ingilislər gümüş, qızıl kimi əşyalarla çay almaqdan bezdilər. Onlar Benqaldan pambıq, Türkiyədən isə tiryək alıblar. Çinli tacirlərin tez-tez istifadə etdiyi tiryək bir müddət sonra qadağan edildi. Bundan sonra ingilislər Çinə müharibə elan etdilər və qalib gəldilər. 1700-cü illərdən sonra çay çox populyarlaşdı. Lakin çay çox baha olduğundan bu içkini ancaq burjua və aristokratlar içə bilərdi. Hindistanda yetişdirilən çayların sayı artmağa başladıqca qiymətlər ucuzlaşdı və hamı tərəfindən içilməyə başladı. Britaniya xalqı arasında günorta çayı ənənə halını alıb. İş o yerə çatıb ki, insanlar özləri ilə paket çay, qənd və stəkan aparmağa başlayıblar.

İngilis günorta çayı ənənəsinin qaydaları
İngilislər günorta çayı üçün iki ayrı masa qurdular. Bir masada xidmət verilir, digərində çay içilir, söhbət edilir. Belə ki, xidmət masasında çay içilmir. Çay məclisində iştirak edərkən papaqlar, krujeva dəsmalları və ipək əlcəklər kimi zərif aksessuarlardan istifadə etmək vacibdir. Çay çini və ya gümüş stəkanlarda verilməlidir. Çay ilə şirin və duzlu iki növ qəlyanaltı hazırlanır. Qəlyanaltılar kiçik olmalıdır və bir dişləmədə asanlıqla udulmalıdır. Çünki saat beş çayı zamanı çəngəl-bıçaqdan istifadə etmək xoşagələn deyil. Saat beş çayı, ümumiyyətlə, 16:00-17:00 arasında keçirilir. Saat beş çayı ənənəsinə görə çaydanı qonaqlar olan masada saxlamaq tərbiyəsizlik sayılır. Ev sahibinin çay süfrəsi zamanı qonaqlarının sözünü kəsməsi də xoş qarşılanmır. Sual vermək üçün qonaqların çıxışını bitirməsi gözlənilir. Çay paket şəklində (salma çay) verilmir. Qonaq qəlyanaltıları saat beş çayında bitirməzsə, o, növbəti çay mərasiminə dəvət olunmaya bilər.
Mənbə: Lezzet.com.tr
Tərcümə etdi: Nuran Əhmədzadə
