Bu gün:

Payız bizə necə təsir edir?


Orqanizmimiz payızda bəzi təsirlər yaşayır. Bura quru dəri, saç tökülməsi, qrip və.s aiddir. Payızın bədənimizə təsirləri və onların səbəblərini araşdırdıq.

Payızın gəlişi, günlərin qısalması, yarpaqların tökülməsi deməkdir. İnsan orqanizmində, həyat tərzində dəyişiklik zamanıdır. İstər quru dəri, istərsə də saç tökülməsi olsun, bədənimiz ilin bu vaxtında elmi olaraq izah edilə bilən bəzi normal təsirlər yaşayır. Ancaq unutmayın ki, bu dəyişikliklər insandan insana dəyişir.

1. Dəriniz qurumağa başlaya bilər

Payızın bədənimizə ən böyük təsirlərindən biri də dəri quruluğudur. Dərimizin tipik kimyəvi tarazlığını pozur və quruluğa səbəb olur. 

İpucu: Bol su içməklə və tərkibində çoxlu su olan qidalar yeyərək dərinizi nəmləndirin. Nəmləndirici kremdən də istifadə etməyi unutmayın.

2. Saçlarınız cansızlaşa və tökülə bilər

Bu problem, xüsusilə, yayılıb. Hətta bəzi insanlar tamamilə keçəl ola biləcəklərini düşünərək qorxmağa başlayırlar. Digərləri isə bu mövsümdə bunun tamamilə normal olduğuna inanırlar. Payızda saç tökülməsinin səbəbi "təkamül qalıqları"dır. Bu o deməkdir ki, yay aylarında baş dərimizi ultrabənövşəyi şüalardan qorunmaq üçün əlavə tüklərə ehtiyac duyur. Lakin müdafiəyə ehtiyac qalmadıqda saç tökülməyə başlayır.

İpucu: Payızda saçlarımızın sağlamlığı üçün onları nəm saxlamalı, isti sudan uzaq durmalı və mütəmadi olaraq baş dərisinə masaj etməliyik.

3. Həmişəkindən daha çox yata bilərsiniz

Payızda daha çox yatmağa meyilli olduğunuzu görə bilərsiniz və bunun bir izahı var. Əslində payızda gün işığının azalması orqanizmin yuxu-oyanma dövrünə təsir edir. Gün ərzində nə qədər az işığa məruz qalsanız, o  qədər yorğun hiss edə bilərsiniz.

İpucu: Bununla bağlı edə biləcəyiniz çox şey yoxdur. Əksinə, nə vaxt boş bir an tapa bilsəniz, günəşdən həzz almağa və mümkün qədər dincəlməyə çalışın.

4. Daha çox enerji verən qidalar yeyilir

Payız yazın bitdiyini və qışın gəldiyini xəbər verir. Buna görə də beynimiz insulin müqavimətini artırmaq üçün bədənimizə siqnallar göndərir. Vücudumuz yağ istehsalını artırır. Qışa hazırlaşmaq və soyuq havalara dözmək üçün yağ yığmağa başlayır. Ona görə də havalar bir az soyuyan kimi karbohidrat və yağda yüksək olan qidalara can atmağa başlayırıq.

İpucu: Edə biləcəyiniz ən yaxşı şey mümkün qədər aktiv qalmaq və hər hansı sağlamlıq probleminin qarşısını almaq üçün müntəzəm olaraq nə yediyinizə diqqət etməkdir.

5. Əgər psixoloji narahat hiss edirsinizsə, simptomların artması ilə qarşılaşa bilərsiniz

Yaydan payıza keçid əhvalımıza və sağlamlığımıza təsir edə bilər. Buna mövsümi affektiv pozğunluq deyilir. Mütəxəssislərin fikrincə, yeni dərs ilinin başlanması, tətil mövsümünün başa çatması ilə bağlı stress və ya yayda arzu olunan hədəflərə çata bilməmək səbəbindən payızda narahatlıq arta bilər.

İpucu: Özünüzü pis hiss etməyə başlasanız, açıq hava fəaliyyətlərində iştirak etməyə çalışın. Mümkün qədər günəş işığından həzz alın. D vitamini əhvalın tənzimlənməsində və depressiya ilə mübarizədə böyük rol oynayır.

6. Payız günəşi gözlərinizə zərər verə bilər

Araşdırmalara görə, payızda günəşə məruz qalmaq gözlərimiz üçün real təhlükədir. Bu mövsümün gəlişi günə işığın azalmasına səbəb olur ki, bu da gözlərimizin məruz qaldığı UV radiasiyasının ümumi miqdarını artırır. Bu məruz qalma fotokeratit kimi ciddi göz xəstəliklərinə səbəb ola bilər.

İpucu: Evdən çıxmazdan əvvəl günəş eynəyi taxaraq gözlərinizi qoruyun. Şapka taxmaqla da gözlərinizi qoruya bilərsiniz.

7. Bədəniniz qripə qarşı xüsusilə həssas olur

Payız, yay və qış arasında fəsillərin dəyişməsidir. Buna görə də hava və temperatur dəyişir. Bu dəyişiklik qrip və digər viruslar üçün əlverişli mühit yaradır. Buna görə də həkimlərin fikrincə, insanlar payızda daha çox xəstələnirlər.

İpucu: Bu mövsümdə baş verə biləcək xəstəliklərin qarşısını almaq üçün yaxşı bir gigiyena rejimi qurmalısınız. Maddələr mübadiləsini sürətləndirmək üçün sağlam qidalanmağı unutmayın.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş