
Hər kəs qlobal istiləşmənin yer üzündə həyatı təhlükə altına aldığını deyir, lakin çox az tədbir görülür. Yaşayış şəraitinin getdikcə çətinləşdiyi dünyamızda canlıların yox olmaq təhlükəsi ilə üzləşdiyini göstərən qorxulu bir problem də var.
Ümumdünya Təbiət Fondunun (WWF) Yaşayan Planet Hesabatına əsasən, dünyanın müxtəlif yerlərində biomüxtəlifliyin itkisi müxtəlif nisbətlərdə müşahidə olunub. Növün populyasiyasının azalmasında ən böyük azalma tropiklərdədir. Hesabata görə, 1970-2018-ci illər arasında Avropa və Mərkəzi Asiyada 18 faiz, Şimali Amerikada 20 faiz, Asiya və Sakit okeanda 55 faiz, Afrikada 66 faiz, Latın Amerikası və Karib hövzəsində 94 faiz təşkil edib.
WWF Təbiəti Mühafizə Direktoru Dr. Sedat Kalem: “İnsanın yaratdığı iqlim böhranının dünyanın təbii quruluşunu dəyişdirərkən kütləvi ölümlərə və bəzi növlərin tamamilə yox olmasına səbəb olduğunu ifadə edərək hər vahid temperaturun onda bir dərəcə artması ilə bu itkilərin artdığını bildirib. 2022-ci il məlumatlarına görə, onurğalı növlərinin populyasiyalarının 50 ildən az bir müddətdə yüzdə 69 azalıb - yəni, insan həyatının qısa müddətində onurğalı populyasiyalarının üçdə ikisi yoxa çıxıb".
Mənbə: Haber global
Tərcümə etdi: Lalə Mənəfova
