Pulunuza qənaət etmək üçün kosmetikanı almaq əvəzinə, özünüz hazırlamağa cəhd edə bilərsiniz.
Dodaq boyası
Dodaq boyası üçün lazım olan ilk inqrediyent vazelin və ya arı mumudur. Bir qaba 1 xörək qaşığı vazelin götürün və buxarda əridin. Üzərinə 1 çay qaşığı qliserin, 1 çay qaşığı vanil ekstraktı və istədiyiniz rəngdə olan qida boyası əlavə edin. Hazır məhsulu pomada qabına və ya kiçik qaba tökün. Bir gecə soyuducuda saxlayın. Qida boyasından istifadə etmək istəmirsinizsə, çuğundur, moruq, böyürtkən kimi meyvələrlə də dodaq boyanızı rəngləyə bilərsiniz. Bu məhsulu yanaqlarınıza çəkərək ənlik kimi də istifadə edə bilərsiniz.
Göz kölgəsi
Şi yağı istifadə edərək bəyəndiyiniz rənglərdə göz kölgəsi əldə etmək mümkündür. İlk öncə 1 çay qaşığı şi yağını buxarda əridin. İçinə 1 xörək qaşığı düyü unu və 1 xörək qaşığı kakao qoyun. Yaxşıca qarışdırıb eyni cinsli bir quruluş əldə etdikdən sonra torpaq tonlarında təbii göz kölgəsinə sahib olacaqsınız. Kakao yerinə qida boyalarından istifadə edərək göz kölgənizi istədiyiniz rəngdə əldə edə bilərsiniz.
Bronzer
Birincisi, bitmiş ənlik qabına ehtiyac olacaq. Sonra bu qabı kakao ilə doldurun. Kakaonu odekolonla isladın. Odekolonun qabın altına çatdığından əmin olun. Bronzer 1-2 saatdan sonra bərkiyir. Üzərinə salfet qoyun və uyğun bir çəki ilə basıb təxminən 3 gün gözləyin. Bronzeriniz hazırdır. Daha narıncı görünüş əldə etmək istəyirsinizsə, bir az darçın əlavə edə bilərsiniz.
Tuş
Hazırlanması çətin görünən, amma əslində, son dərəcə asan olan bu makiyaj məhsulu üçün ilk lazım olan şey boş və təmiz tuş qabıdır. Lazım olan digər şeylər 1 çay qaşığı kokos yağı, 1 çay qaşığı E vitamini yağı və yarım çay qaşığı soyadır. Bütün bu inqrediyentləri buxarda əridin və qarışdırın. Sonra 3 xörək qaşığı aloe vera əlavə edin. Eyni cinsli bir qarışıq əldə olunana qədər qarışdırmağa davam edin. Tuşa qara rəng vermək üçün ona 1 aktivləşdirilmiş kömür kapsulu əlavə edin.
Göz layneri
1 aktivləşdirilmiş kömür kapsulunu eyni miqdarda kokos yağı ilə qarışdıraraq asanlıqla öz göz laynerinizi hazır edə bilərsiniz.
Pudra
Yağlı dərinin ən böyük problemi parlaqlıqdır. Bu parıltıların əsas düşməni tozdur. Evdə toz pudra hazırlamaq çox asandır. İstədiyiniz qədər nişasta, dəri tonunu əldə etmək üçün kakao və isti ton üçün bir az darçın lazımdır. Bu kombinasiya ilə xüsusi pudranız hazırdır.
Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova
