Bu gün:

Saçların ağarmasının qarşısını alan maska


Ağ saçlarınızdan necə qurtulacağınızı bilirsinizmi? Ev şəraitində asanlıqla hazırlayıb tətbiq edə biləcəyiniz maska reseptini sizin üçün hazırlamışıq.

Ağ saçlar qocalma əlaməti olaraq görüldüyü üçün çox vaxt bəyənilmir. Evdə rahatlıqla edə biləcəyiniz maska ilə ağ saçlarınızın uzanmasının qarşısını ala bilərsiniz.

Saç niyə ağarır?

Saç rəngi saç köklərindəki piqment sayəsində meydana gəlir. Bu piqmentlər melanin istehsal edir. Zaman keçdikcə hüceyrələr melanin istehsal edə bilmədiyi üçün saçlar ağarmağa və hətta bozarmağa başlayır. Saçların ağarması, adətən, yaşlandıqca baş versə də, yeganə səbəb bu deyil. Yaşlanma ilə yanaşı, ani şoklar, hipofiz vəzi pozğunluqları, anemiya, erkən qocalma sindromu, stress, B12 vitamini çatışmazlığı, hava çirkliliyi, düzgün qidalanmama və genetik vəziyyətlər də saçların ağarmasına səbəb ola bilər.

Ağ saçları necə gizlətmək olar?

Saçınızın ağlarını örtmək üçün ticarətdə mövcud olan müxtəlif boyalardan istifadə edə bilərsiniz. Lakin onlar sizə və bədəninizə zərər verə bilər. Çünki tərkibində kimyəvi maddələr var. Ev şəraitində təbii üsullarla ağ saçlardan xilas olmaq mümkündür. 5 ədəd qurudulmuş yaşıl qoz qabığını 1 litr suda 5 dəqiqə qaynadın. Bu su ilə baş dərinizi masaj edərək hər gün saçlarınızı yuyun. 21 günün sonunda ağ saçlarınızın yoxa çıxdığını görəcəksiniz.

Ağ saçların qarşısını necə almaq olar?

Əgər hələ də ağ saçlarınız yoxdursa, saçlarınızın ağarmasının qarşısını almaq mümkündür. Müntəzəm olaraq hindistan cevizi yağı ilə maska hazırladığınız zaman saçlarınız itirdiyi nəmini geri qaytaracaq. Ağarmış saçların görünməsini gecikdirəcək. Bu maska üçün saçlarınıza kökdən ucuna kimi kokos yağı çəkin. Bir gecə saxlayın, sonra səhər yuyun. Saçlarınızda görünən xırda ağların azaldığını görəcəksiniz.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş
Şərh əlavə et