
Heç özünüzə "indiki ağlım olsaydı, hər şey başqa cür olardı" demisinizmi?
Xəyallarınızın arxasınca getmək üçün diqqət etməli olduğunuz bəzi şeylər var.
1. Başqasının xəyalının arxasınca getməyin
Bir çoxumuz valideynlərimiz, sevgililərimiz və ya dostlarımız tərəfindən bizim üçün müəyyən edilmiş arzuların ardınca gedirik. İnsanları razı salmaq və ya insanları məyus etməkdən çəkinə bilərsiniz, amma sizin üçün ən yaxşısını səndən başqa kim bilər?
2. Bəhanə gətirməyin
Məqsədlərinizə çata bilmədiyiniz və ya xəyal etdiyiniz həyatı yaşaya bilmədiyiniz üçün neçə dəfə bəhanə tapdınız? Bu sizin özünüzü yaxşı hiss etməyiniz üçün işlədi? Əgər işə yaramırsa, bəhanələri dayandırın və hər gün şəraiti yaxşılaşdırmağa çalışın.
3. Dəyərlərinizdən və ya prinsiplərinizdən güzəştə getməyin
Dəyərlərinizdən heç vaxt güzəştə getməyin. Özlərinə uyğun bir həyat yaşayan insanlar seçimlərinə görə özlərini günahkar, peşman və ya şübhəli hiss etməz. Onlar dik durmağa, məqsəd və arzularına uyğun qərarları həyata keçirməyə davam edirlər.
4. Stəkanın yarısının dolu olmasına baxın
Mənfi düşüncə ətrafınızda ancaq divarlar hörəcək. Müsbət yanaşma hər şeydir. Stəkan həmişə yarı doludur. Bu yanaşma ilə fürsətlər təbii olaraq həyatınıza girəcək. Enerjinizi arzularınıza yönəldin.
5. Maddi şeylərə fikir verməyin
Xəyallarını yaşayan insanlar bilirlər ki, pul xoşbəxtliyi satın ala bilməz. Onlar statusun, zənginliyin, şöhrətin və populyarlığın hər an itirilə biləcəyinin fərqindədirlər. Xəyalları ilə yaşayan insanlar pulun hərəkətverici qüvvə olmadığını bilirlər.
6. İnanclarınızı itirməyin və yarı yolda təslim olmayın.
Xəyallarınızı canlı saxlayın. Anlayın ki, hər şeyə nail olmaq iman, özünə inam, zəhmət, qətiyyət və fədakarlıq tələb edir. Məqsədlərinizə konkret olaraq inanın. Ağlımız güclü bir silahdır. Mümkün olmayan heç nə yoxdur. Çox çalışmalı və çoxlu fədakarlıq etməli ola bilərsiniz, amma səy göstərdikcə yeni fürsət qapıları açılacaq.
7. Təslim olmayın
Fiziki cəhətdən sağlam qalmaq və balanslaşdırılmış qidalanma özünüzü yaxşı hiss etməyin açarıdır. Özünüzü yaxşı hiss etmirsinizsə, xəyallarınızın sizin üçün çox əhəmiyyəti olmayacaq.
8. Güvəndə hiss etdiyiniz yerdə ilişib qalmayın
Özünüzü təhlükəsiz hiss etdiyiniz bir yerə çıxmaq və bəzi imkanları qiymətləndirmək lazımdır. Xəyallarını yaşayan insanlar yeni təcrübələrə açıqdırlar. Risk almaq vacibdir.
9. Ertələməyin və qısa yollardan əlavə yol axtarın
Dəyişikliklər etməyə başlamaq üçün niyə ayın əvvəlini və ya bazar ertəsini gözləyirsiniz? İndi başlayın. Xəyallarını yaşayan insanlar hər gün arzularını danışmaqdansa gerçəkləşdirmək üçün addımlar atır.
10. Hədəf axtarışında olmayın
Arzularını yaşayan insanlar bilirlər ki, yaşamaq hər an yeni təcrübə qazanmaqla bağlıdır.
Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova
