Payız və qış mövsümü havaya təsirini hələ göstərməyib. Lakin bu fəsillərin aksessuar trendləri moda dünyasına xeyli təsir edib.
Çiçəkli boyunbağılar

Loewe markasının buraxdığı çiçəkli və xüsusilə də, zanbaq formalı boyunbağılar bir çox məşhur adların istifadəsindən sonra məşhurlaşıb. Daha sonra bir çox markalar gündəlik həyatda istifadə oluna biləcək aksessuarlar arasında olmaq üçün bir çox dizaynlarda boyunbağı hazırladı. Payız/Qış modasını yaxından izləyirsinizsə, hələ də qüvvədə olan və soyuq havalarda geyiminizə fərqli bir atmosfer qatacaq bu boyunbağı növünü nəzərdən keçirə bilərsiniz.
Qızıl və gümüş bir arada

Uzun illər qızıl və gümüşün rənginə görə uyğun gəlmədiyini düşünərək birlikdə istifadə etməkdən çəkindik. Amma bu mövsüm belə olmayacaq. Bu cərəyanı sırğadan boyunbağaya kimi bir çox zinət əşyalarında, xüsusilə, qolbaq və saatlarda görə bilərsiniz.
Qalın üzüklər
Qarşıdan gələn mövsümdə də qalın zəncirlər dəbdə olacaq. Şəkildəki kimi kombinasiyalarınıza zəncirvari üzüklər və ya digər iri üzüklər əlavə etməklə dəbli görünüşlər əldə edə bilərsiniz.
Manjet (cuff) bilərziklər

Onlar bir dövrün məşhur parçaları arasında idi. Üst qollara taxılan və ya biləklərdə düzülmüş görünüşləri xatırlaya bilərsiniz. Əgər evdə hələ də istifadə edə biləcəyiniz manjet bilərzikləriniz varsa, bu mövsüm onları istifadə etməyin tam vaxtıdır.
Broş
Gözəl axşamların sevimli parçalarından biri broşlardır. Kombinasiyalarınızı daha göz oxşayan və zərif etdiyinə inandığımız broşları gündəlik həyat kombinasiyalarınızda sınamağa nə deyirsiniz?
Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova
