Dəri quruluşlarında yağlanmanın səbəbləri kimi irsi pozğunluqlar, qidalanma pozğunluqları, yaş vəziyyəti (məsələn, yeniyetməlik problemləri) və ya ətraf mühit faktorları göstərilə bilər. Bu kimi problemlər nəticəsində dəridə yağlanması olan fərdlərin həll yönümlü yanaşması problemlərindən xilas olmaq üçün ən təbii və sadə üsulları sınamalarına şərait yaradıb.

Yağlı dəri üçün təbii vasitələr:
1. Böyük marketlərdə tez-tez satılan papaya meyvəsi dəridəki yağlılığı aradan qaldıra bilən, ən çox seçilən təbii məhsullardan biridir. Müvafiq olaraq, papaya aldıqdan sonra evə gəlmək, pulpa çıxarmaq və üzünüzü bu pulpa ilə təmizləmək kifayətdir. Həm dərinin yağını çıxara, həm də dəri quruluşunda qalan ölü dərini təmizləyə bilər.
2. Süddən istifadə, xüsusilə, soyuq süddən istifadə dəri yağının yox olmasında çox təsirlidir. Gün ərzində süd soyuq olduğunda bir neçə dəfə üzünüzə çəkib dərindən və yumşaq bir şəkildə təmizləmək kifayətdir.
3. Yağlı dəri probleminin təbii həllini təmin edəcək tərəvəzlər arasında pomidor da var. Xüsusilə, makiyaj etməzdən əvvəl pomidoru püre halına salıb dərinizə çəksəniz, o, yalnız yağlı dəri problemini həll etmir, həm də dərini təmizləyir.
4. Yağlı dəri problemləri üçün limon, gil, bal və yumurta birlikdə istifadə edilərək dəri maskası hazırlana və dəri quruluşundakı artıq yağlar sovrula bilər. Bunun üçün bütün bu maddələri qarışdırıb üzə çəkmək, 20 dəqiqə gözləmək və sonra ilıq su ilə yumaq kifayətdir.
5. Yağlı dərilərə həll olacaq digər maska resepti gil və qatıqla hazırlanan maskadır. Gil və qatıq qarışdırıldıqdan sonra 15 dəqiqə üzə çəkilir, quruduqdan sonra soyuq su ilə yuyulması kifayətdir.
6. Badam və bal qarışığı da yağlı dərilər üçün təsirli məhsullardır. Bunun üçün bir xörək qaşığı bal və iki badam qarışdırıldıqdan sonra pastaya bənzər material bir müddət üzə çəkilib ilıq su ilə yuyulmalıdır.
7. Hazırlanacaq qızılgül və səndəl ağacı tozu maskası dəri yağlanmasına qarşı təsirlidir. Bunun üçün bir qabda üzünüz üçün kifayət qədər gül suyu və səndəl ağacı tozunu qarışdırdıqdan sonra maska üzə çəkilir və tamamilə quruyana qədər dəri səthində qalır. Nəhayət, onu ilıq su ilə yumaq kifayətdir.
8. Hazırlanacaq qızılgül və səndəl ağacı tozu maskası dəri yağlanmasına qarşı təsirlidir. Bunun üçün bir qabda üzünüz üçün kifayət qədər gül suyu ilə səndəl ağacı tozunu qarışdırdıqdan sonra maska üzə çəkilir və tamamilə quruyana qədər dəri səthində qalır. Nəhayət, onu ilıq su ilə yumaq kifayətdir.
Mənbə: Denkbilgi.com
Tərcümə etdi: Aydan Qasımova
