Bu gün sosial şəbəkələr təqdim etdikləri xidmətlərə görə bir-birindən ayrılıb. Onlardan biri biznes məqsədləri üçün istifadə edilən "LinkedIn"-dir. İş həyatı ilə bağlı məlumatların paylaşıldığı işəgötürənlərin və işçilərin ortaq sosial mediasına çevrilib. Şəxsi məlumatlarınıza uyğun olaraq bir çox şirkət nümayəndələri sizi tapıb iş təklifləri edə bilər.

LinkedIn peşəkar insanlar üçün sosial şəbəkədir. Burada bizneslə bağlı inkişaflar, görüşlər və bir çox başqa əməliyyatlar edə bilərsiniz. Bir-birinizlə ünsiyyət qurmağın ən yaxşı yoludur. Siz həmçinin sosial şəbəkə olan "LinkedIn"-də iş elanlarına baxıb müraciət edə bilərsiniz. Bu həm iş həyatınıza, həm də sosial şəbəkələrə töhfə verə bilər.
LinkedIn nəyə yarayır?
Əsasən, biznes məqsədləri üçün istifadə olunur. Əgər biznesiniz varsa, "LinkedIn" profili yarada və dünyanın sizinlə əlaqə saxlamasına icazə verə bilərsiniz. Təqdimatları, faylları və kitabxanaları asanlıqla paylaşaraq məlumat mübadiləsi aparmaq mümkündür. Dünyada milyonlarla üzvü olan LinkedIn biznes sahəsi də təklif edir. Bəzi iş sövdələşmələri LinkedIn vasitəsilə edilir. İş sahibi olmaq istəyənlər bacarıqlarına uyğun iş tapa bilərlər.
LinkedIn peşəkar şəbəkə olduğundan məlumatlarınızı tam və əskiksiz doldurun. Şirkətlərin baş menecerlərindən tutmuş ən aşağı bölməyə qədər hər kəsin "LinkedIn" hesabı var. Onun sizi tanımasına və araşdırmasına kömək edə biləcək məlumatları daxil etməlisiniz.
"LinkedIn"-də necə qeydiyyatdan keçmək olar?
"LinkedIn" hesabı yaratmağı bilmirsinizsə, addım-addım öyrənə bilərsiniz. Sayta daxil olaraq ad, soyad, e-mail və şifrənizi daxil etmək kimi əməliyyatlarınızı tamamladığınız zaman hesabınıza sahib ola biləcəksiniz. Xüsusi təfərrüatlar bölməsinə məlumatlarınızı daxil edərək şəklinizi yükləyə bilərsiniz.
Mənbə: Denkbilgi.com
Tərcümə etdi: Aydan Qasımova
