
Masanın düzülüşü necə olmalıdır?
Yemək otağının zərifliyi ilə yanaşı, qurulan süfrənin də düzülmə kriteriyalarına uyğun olması və üslubunuz yeməyin həzzini artırmaqda rol oynayır. Süfrənin qurulmasının bir neçə əsas qaydalar:şirəli yeməklərdə çuxurlu qablardan, soyuq başlanğıclar üçün düz, desert və ya meyvə üçün tort boşqablarından və müvafiq xidmətlərdən istifadə etməkdir.
Təməl masa düzülüşü
Yeməyə uyğun olaraq, 20/30 sm dərinlikdə boşqab və ya 24/25 sm düz boşqab, solda çəngəl, sağda bıçaq və sağda su stəkanı... Bunlar əsas süfrə quruluşunun xətləridir. Standart bir yeməkdə, nahar və ya şam yeməyinizi bu şəkildə qura bilərsiniz. Əgər nahardan sonra desert və ya meyvə vərdişiniz varsa, bunun üçün 18/19 sm kiçik desert boşqabları kifayətdir.
Axşam yeməyi masa düzəlişi
Çörək və ya salatı ayrıca təqdim edirsinizsə, çörək üçün 18/19 sm boşqab və salat üçün kasa istifadə edin və təqdimatı 21/23 sm ölçülü pasta boşqabı ilə tamamlayın.
Rəsmi dəvət masasının düzəlişi
Rəsmi dəvətnamələr, ümumiyyətlə, nişan, toy və ya iş qeyd etmələri üçün istifadə edilə bilər. Standart dəvətnamə tərtibatına əlavə olaraq, bir salat bıçağı və bir desert qaşığı və çəngəl sağa yığılır. Sağ tərəfdə yenə su, qırmızı və ya ağ şərab şüşəsi və istəyə bağlı olaraq, qəhvə/çay fincanı qoyulur. Balıq üçün bıçağınızı əlavə etməyi unutmayın.
Mənbə:evimdergisi.com.tr
Tərcümə etdi:Sayad Qoşnalıyeva
