Bu gün:

Yuxuda yağış görməyin mənası nə deməkdir?


Yuxuda yağış görmək xeyirli və gözəl yuxu kimi yozulur. Yuxuda yağış yağdığını görmək həyatınıza bolluğun və bərəkətin gələcəyinə işarə edir. Yuxu görən çətin günlərini geridə qoyaraq rahatlıq tapacaq. Qısa müddətdə maliyyə problemlərindən qurtulacaq. Yuxuda yağış yağdığını görmək yuxunun məzmununa görə müxtəlif yozulur.

Yuxuda yağış yağdığını görmək nə deməkdir?

Yuxuda yağış yağdığını görmək yuxu görənin hansısa işdən sevincli şəkildə çıxacağına işarədir. Eyni zamanda bu, uğurlu bir dövrə səbəb ola bilər. Gələcəklə bağlı heç bir narahatlıq keçirmədən maddi və mənəvi cəhətdən rahat və dinc bir həyat sürə bilər. Həyatına bolluq və bərəkət gələcək. Cəmiyyətdə çox hörmətli bir mövqe qazana bilər.

Yuxuda leysan yağışı görmək nə deməkdir?

Yuxuda leysan yağış yağdığını görmək çətin günləri arxada qoyaraq çox əhəmiyyətli bir işin öhdəsindən müvəffəqiyyətlə gələcəyinizə işarədir. Qısa zamanda maddi və mənəvi cəhətdən zənginləşib rahatlıq tapacağı bir dövrə girir. Yuxusunda leysan yağışı görən insan iş həyatındakı uğurları ilə çox əhəmiyyətli qazanclar qazanacaq.

Yuxuda üstünə yağış yağdığını görmək nəyə işarə edir?

Yuxuda yağışın üzərinizə yağdığını görmək yuxu görənin ömrü boyu kürəyinin yerə dəyməyəcəyinə işarədir. Eyni zamanda arzuladığı bir çox şey gerçəkləşəcək. Maddi cəhətdən rahatlayacağınıza və yaxşı bir dövrə girəcəyinizə işarədir. Yuxu sahibi bu dövrdəki bəxtindən yaxşı mənada istifadə edərsə, qısa zamanda əhəmiyyətli bir mülkə sahib ola bilər.

Yuxuda yalnız öz evinizdə yağış yağdığını görmək

Yuxuda yağışın yalnız öz evinizə yağdığını görmək o evə bolluq və bərəkətin gələcəyinə işarədir. Həmçinin bu yuxu çətin günləri geridə qoyacağınıza işarə edir. Maddi və mənəvi çətinlikləri sona çatacaq, hətta çox yaxşı xəbərlər ala bilərsiniz.

Yağış altında islanmağı görmək

Yağış altında islanmaq, adətən, müsbət mənada yozulmur. Bu yuxu yaxın gələcəkdə kədərli xəbər alacağınıza işarə edir. Yuxuda yağış altında islanmaq sağlamlıq, rifah və bol gəlir deməkdir. Yuxu görən xəstədirsə, qısa müddət ərzində əvvəlki sağlamlığına qovuşacaq. Bir insan yuxuda yağışın altında qaçırsa, işlərinin pisləşəcəyinə işarə edir.

Mənbə: CNN Türk

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et