
Zarafatlar söhbətlərin səmimiliyini daha da artırır. Amma bəzən zarafatlar həddindən artıq çox ola bilər. Elə isə heç kimi incitmədən zarafat etmək olarmı?
Zarafat, əsasən, sözlər toplusudur. Buna görə də zarafat edərkən ilk addım zarafata inanmaq və sözləri diqqətlə seçməkdir. Əgər bunun gülməli olduğunu düşünürsənsə, qarşıdakı insanın səninlə razılaşacağı ehtimalı daha yüksəkdir.
Həmçinin, rahat olmağa diqqət edin, çünki özünüzü yöndəmsiz hiss edirsinizsə, bu, enerjinizdə əks olunacaq. Səs tonunuzu və son nöqtəni təyin etməyiniz də çox vacibdir. Və nəhayət, əgər qarşı tərəf gülümsəmirsə, ondan imtina edin.
Bəzən zarafatlar sarkastik olduğu üçün uğursuz olur. Çünki kiminsə nöqsanlarını, səhvlərini, uğursuzluqlarını, biabırçı məqamlarını ələ salmaq etik deyil. Beləliklə, zarafat etmək istədiyiniz zaman özünüz və ya təcrübələriniz haqqında gülməli hekayələr paylaşın.
Ancaq işlər pis gedirsə və kimsə sizinlə sərt zarafat edirsə, bununla üç yolla məşğul ola bilərsiniz:
Başa düşmədiyinizi bədən diliniz və mimikanızla ifadə edə bilərsiniz. Yaxud başqa tərəfə baxaraq zarafat edən şəxslə əlaqəni kəsə bilərsiniz. Bir şey söyləmək ehtiyacı hiss etsəniz belə, "bitirmənizi gözləyirəm" kimi bir ifadə ilə qarşıdakı insanı təəccübləndirə bilərsiniz.
Mənbə: N-Life
Tərcümə etdi: Lamiyə Cənnətzadə
