Bu gün:

Uşaqları məktəbə hazırlamaq üçün 5 məsləhət


Uzun yay tətilindən sonra uşağınız məktəbə başlamağa hazır olmaya bilər. Bu vəziyyət sizi əsəbiləşdirə və ya hətta narahat edə bilər. Bəs necə məktəbin ilk günlərini daha rahat keçirə bilərsiniz?

1. Bir neçə ay sizinlə daha çox vaxt keçirən və tətilə uyğunlaşan uşağınızı sizdən ayrı olmağa alışdırın. Bu səbəbdən ayrı keçirdiyiniz vaxtı tədricən artırın. Məsələn, uşağınızı dostları ilə bir araya gətirə və birlikdə vaxt keçirmələrini təmin edə bilərsiniz.

2. Yeni tədris ilinə bir neçə gün qalmış uşağınızın çatışmazlıqları və ya ehtiyacları üçün birlikdə alış-veriş edin. Alış-veriş edərkən onun seçdiyi əşyaları almağa diqqət yetirin.

3. Uşağınızın səhər tezdən qalxıb tez yatmağa alışması üçün bir neçə gün əvvəldən bir rejim yaradın.

4. Növbəti məktəb dövrü ilə bağlı uşaq və gənclərin ağlına gələ biləcək sualları düşünün. Onlarla ünsiyyət qurmaq onların stressini əhəmiyyətli dərəcədə azalda bilər.

5. Əgər uşağınız məktəbə başlama günü yaxınlaşdıqca əsəbiləşirsə və ya hər zamankindən daha çox sizə bağlılıq hiss edirsə, məktəbə getməməyə çalışırsa, o, stress yaşayır. Buna görə də uşağınızın stress və ya narahatlığını izləyin. Bu kimi davranışlar uzun müddət davam edərsə, sinif müəllimi və ya rəhbər məsləhətçi ilə əlaqə saxlayın.

Mənbə: N-Life

Tərcümə etdi: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et