Bu gün:

Bunları bilirsinizmi?


Bir neçə praktik məsləhətlə həyatınızı asanlaşdıra bilərsiniz. Corablarınız cırılıbsa, yağ sıçrayıbsa və ya köynəyiniz tərlə ləkələnibsə, nə etmək lazımdır?

Tonal krem, pudra və ya BB kremlə bulaşmış köynəyi təmizləməyin ən asan yolu ləkələnmiş yerə təraş köpüyü sürtmək və gözləməkdir. Köpüyü ləkənin üzərinə yayın. Sonra isə paltaryuyan maşında yuyun.

Yağlı köynəkdəki ləkəni çıxarmağın ən yaxşı yolu körpə pudrasıdır. Yağlı yerə bir az körpə pudrası tökün. Görəcəksiniz ki, o, yağı özünə çəkir.

Tər izlərinin qəti həlli limon və sodadır. Ağ köynəklərdəki dezodorant və tər izlərini çıxarmaq istəyirsinizsə, köynəyin qoltuqaltı hissəsini limon və soda ilə ovuşdurun.

Rəngsiz dırnaq boyası süzülmüş hissənin ömrünü bir az uzada bilər.

Ən yaxşı yolu tıxanmış hissəni markerlə rəngləməkdir.

Digər üsul isə sıxılmış hissəyə sabun tətbiq etməkdir.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş