Bu gün:

"Stalking" nədir?


Çağımızın ən böyük vərdişlərindən biri olan "stalk" zamanla insanın həyatında mənfi təsirlərə səbəb ola bilir. Bəs siz bu vərdişdən xilas olmaq üçün nə edə bilərsiniz?

Sosial medianın həyatımıza girməsi ilə ortaya çıxan anlayışlardan biri də "stalk" izləmə mənasında istifadə edilir. Bu, maraqlandığı insanın sevdiyi işlə məşğul olub-olmadığını izləmək deməkdir, hansı tətbiqlərdən istifadə edir və nə qədər kimi izləyir, kimin şəklini bəyənir və s. Danışıq dilində yeri olan "stalking" zamanla insanların həyatında mənfi təsirlərə səbəb ola bilər. 

1-Şəxsi silin və ya blok edin 

İzlədiyiniz şəxsi istifadə etdiyiniz sosial media proqramlarından silməklə ilk addımı ata bilərsiniz. Bu, sizi həmin şəxslə maraqlanmaqdan çəkindirir və sizə yeni bir başlanğıc etməyə kömək edir.

2- İzləmək istəyəndə başqa şeyləri düşünün

Günün hər hansı bir saatını izləmək istədiyiniz zaman diqqətinizi başqa şeylərlə yayındırın. Başqa şeylər haqqında fikirləşin, kitab oxuyun, gəzintiyə çıxın, amma nə olursa-olsun onun profilinə baxmayın.

3- Sosial media hesablarınızı bağlayın 

Özünüzün qarşısını ala bilmirsinizsə, müəyyən müddətə sosial media hesablarınızı bağlayın. Bu sosial media detoksu sayəsində həm təqib istəyinizdən, həm də sosial media asılılığınızdan xilas ola bilərsiniz.

4-Dəstək alın

Əgər təqib etmək istəyinizin öhdəsindən gələ bilmirsinizsə və bu sizi bədbəxt edirsə, yaxınlarınızdan kömək ala və ya mütəxəssis psixoloqla danışa bilərsiniz.

Mənbə: N-Life

Tərcümə etdi: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et