Dünyada hər şeyin iki tərəfi var. Tənbəllik və sarkazm kimi sevilməyən xüsusiyyətlər də gündəlik həyatda sizin üçün faydalı ola bilər.

Uşaqlıq
İnsanlara, münasibətlərə, həyata, dünya nizamına sadəlövh baxış, özbaşına qərar qəbul edə bilməmək uşaq kimi olan insanların xarakterik xüsusiyyətləridir.
Həyatda bir çox çətinliklər onlar tərəfindən daha asan qəbul edilir. Çünki gələcək haqqında düşünmürlər.

Tənbəllik
İlk baxışdan zərərli bir xüsusiyyət kimi görünən tənbəllik həyatda sizin üçün nəyin həqiqətən vacib, nəyin olmadığını müəyyən etməyə kömək edə bilər.

İstehza
Bəzi insanlar yaxşı və ya pis qarşılaşdıqları bütün hadisələri ələ salırlar. Amma istehzalı insanlara hirslənməmək lazımdır. Bu, əslində, faktlarla məşğul olmaq üçün inkişaf etdirdikləri bir müdafiə üsuludur.

Eqoizm
İşdə və ya münasibətlərdə həddindən artıq altruizm sizi emosional olaraq tükəndirir. Belə hallarda eqoizm pis xüsusiyyət olmaqdan çıxır. Bu səbəbdən özünüzü heç vaxt unutmamalı və özünüzü arxa plana keçirməlisiniz.

Qəzəb
Bəli, əsəbi insanlarla ünsiyyət qurmaq asan deyil. Amma qəzəb ilk növbədə özündən narazılıq əlamətidir və həddindən artıq gərginlikdən qaçmağa kömək edir. Beləliklə, həddindən artıq qəzəb insanları emosional olaraq rahatlaşdıra bilər.
Mənbə: N-Life
Tərcümə etdi: Lamiyə Cənnətzadə
