Bu gün:

Daha cəlbedici görünmək üçün 5 məsləhət



İnsanlar pəhriz və idman proqramları ilə zahiri görünüşünə diqqət etsələr də, cazibədar görünmək üçün təkcə bunlar kifayət etmir. Daha cəlbedici görünmək üçün müraciət edə biləcəyiniz məsləhətlər var;

1. Gülümsəmək
Hər kəs pozitiv insanların ətrafında olmaq istəyir, ona görə də gülümsəmək təkcə gözəl görünmür, həm də diqqəti cəlb edir. Bu səbəblə səmimi bir təbəssüm cazibədar görünmək üçün ən vacib silahınızdır.

2. Doğru saç stili
Saçlarınızın zaman-zaman pis göründüyü günlər ola bilər. Ancaq bunun adi hala çevrilməsinin qarşısını almalısınız. Bu səbəbdən üz tipinizə ən uyğun saç düzümü və doğru rənglə heç kim gözünü sizdən ala bilməyəcək.

3. Soyuq otaqda yatmaq
Soyuq otaqda yatdığınız zaman həm yuxu keyfiyyətiniz, həm də vücudunuz uzun müddətdə yağ yandırmağa başlayır. Qısa müddətdə zehniniz təzələnəcək və yuxuya görə üzünüzdəki şişkinlik azalacaq. 

4. Düzgün duruş
Cazibədar və incə görünmək üçün düzgün duruş vacibdir. Bu səbəbdən dik duruş həm özünə güvənməyin, həm də gözəl görünməyin ən təsirli yollarından biridir.

5. Yüksəkbel şalvarlar geyin

Əgər əlavə kilolarınızı gizlətmək məqsədiniz varsa, yuxarıbellə tünd rəngli şalvar seçə bilərsiniz. Bu sizə daha cəlbedici bir görünüş verəcəkdir.

Mənbə: N-Life

Tərcümə etdi: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et