
Alimlər nəvə sahibi olmağın fiziki və ruhi sağlamlıq üçün faydalı olduğunu aşkar ediblər.
Almaniyanın nüfuzlu qurumlarından biri olan Yohanes Qutenberq Universitetində aparılan bir araşdırma nəvə sahibi olmanın yaşlı insanların sağlamlıq vəziyyətinə müsbət təsir etdiyini ortaya qoyub.
Araşdırmada 14.810 adamın sağlamlıq vəziyyəti təqib edilərkən nəvə sahibi olanların ruhi və fiziki cəhətdən daha sağlam olduğu müəyyən edilib. Araşdırma nəticəsində məlum olub ki, nəvəsi olan insanların depressiyaya düşmə ehtimalı daha azdır.
50 ilə 80 yaş arasında olan şəxslərin üçdə birinin nəvəsi olduğu açıqlanarkən araşdırma aparan elm adamlarından Reyn van Ewjik: "İriləyən yaşda nəvə sahibi olmaq insanın həyatına yeni bir məna qatan bilər, yeni rol və daha çox sosiallaşma imkanları yarada bilər”. "Kitab oxumaqdan tutmuş uşaq arabası gəzdirməyə qədər bütün nənə və babalar bundan faydalana bilər", - deyə Ewjik şərh edib.
Nənə və babaların nəvələri sayəsində daha fəal olduqları bildirilsə də, uşaqların qayğısına qalmaqda daha çox məsuliyyət daşıyan, valideynlərinə kömək edən yaşlıların sağlamlıq vəziyyətinin az kömək edənlərə nisbətən daha pis olduğu ortaya çıxıb.
Mənbə: Sözcü
Tərcümə etdi: Lalə Mənəfova
