- Soyadınız necə oldu Cahid əmi?
- Qızım, soyadımı özüm belə unutmuşam. Elə mənim bir adım var - Halvaçı Cahid əmi.
24Media.az-ın budəfəki qonağı halvaçı Cahid bəydir. Bu peşəni irsi olaraq davam etdirdiyini bildirən Cahid bəy qeyd edir ki, bu bir sənətdir və Basqalda ancaq onların nəsli bu işlə məşğul olur. Ümumilikdə ata, babası ilə birlikdə 150 ildir ki, bu peşəni davam etdirirlər. Sırf özü isə 40 ildir ki, bu işlə məşğuldur.
Hazırlanma prosesinə gəldikdə isə:
"Hazırlanma prosesi isə ümumilikdə uzun bir mərhələdir. Beləki, səmənini cücərdib, 5 gün saxlayırıq, sonra biz həmin səmənini bir xeyli yoğuruq və 6 saat bişiririk. Sonra isə ədviyyatları – darçın, hil, sarıkök, mixək, zəncəfil, qoz ləpəsi və bal əlavə edirik".
Basqal halvasının hər fəsildə xüsusi dadlı olduğunu vurğulayan Cahid bəy onu da qeyd edir ki:
“Əvvəllər bu halvanı ancaq oktyabr-may ayı ərzində bişirirdik, keçən ildən başlayaraq isə biz artıq hər fəsildə bişiririk. Həmçinin onu da qeyd edim ki, satışda elə məhz ustamızın və onun ailəsinin hazırladığı böyürtkən mürəbbəsi, tut və itburnu doşabı, ballibadi kimi şirniyyatlar da var".
Lalə Mənəfova