Bu gün:

Ləzzətli çay dəmləmək üçün nələrə diqqət etməliyik?


Çay hər zaman təmtəraqlı səhər yeməyi süfrəsinin olmazsa olmazıdır, təbii ki, günorta yeməyində də çayın xüsusi yeri var, xörəklərin "ən yaxın dostu"dur. Dəyişməyən tək şey çayın həyatımızda yeridir. Bəs, həyatımızda belə böyük yeri olan çay dəmləyərkən nələrə diqqət etməliyik? Hər kəsin öz texnikası var, hər bir mütəxəssisin fərqli fikri var, amma ümumiləşdirmə aparsaq, aşağıdakı məqamlara diqqət yetirmək yaxşı başlanğıc olardı.


Ləzzətli çayı necə dəmləmək olar?

Daha dadlı çay dəmləmək istəyirsinizsə, ilk diqqət etməli olduğunuz məqam istifadə etdiyiniz qəhvədandır. Şüşə, çini və ya saxsı qabda dəmlənən çaylar metal çaydanlarda hazırlanan çaylardan qat-qat dadlıdır. Çayınızın dadına təsir edən başqa bir amil kran suyu əvəzinə təmiz sudan istifadə etməyinizdir. Həmçinin çayınızı əvvəlcədən doldurulub, saxlanılmış su ilə dəmləməməlisiniz. Qaynadılmış suyu çaydana tökməzdən əvvəl çaydanı qızdırmalısınız, çünki isti suyu soyuq çaydana töksəniz, çaydan çox tez istilik itirir və çaya orijinal dad verən reaksiyalar baş vermir. Çay dəmləyərkən onun hava ilə təmasını mümkün qədər kəsmək lazımdır. Əslində çaydanın ağzını bağlamaqla həm suyun buxarını içəridə saxlaya, həm də onun hava ilə təmasını tamamilə kəsə bilərsiniz.

Çay alarkən çox istifadə edib uzun müddət saxlamaq əvəzinə, az miqdarda götürüb şüşə qablarda nəm olmayan və günəş işığı təmas etməyən yerdə saxlamaq çayınızın keyfiyyətini artıracaq.

Çayın dəmlənməsi nə qədər vaxt aparır?

Çayın dəmləmə müddəti təxminən 12-15 dəqiqədir. Bu müddət ərzində ocağın istisi ilə oynamayın. Dəmlənmiş çayı ocaqdan götürün və 2 dəqiqə dincəlsin. Beləliklə, qara çay dənələrinin çökməsi daha asan olacaq.

Mənbə: Lezzet

Tərcümə etdi: Nuran Əhmədzadə 



Paylaş
Şərh əlavə et