Bu gün:

Qaralmış gümüş əşyaların necə əvvəlki parıltısını geri qaytara bilərik?


Gümüş qablar su ilə təmasda olduqdan sonra qaralmağa başlayır. Gümüş küplər, çəngəllər, bıçaqlar və qəhvə qabları kimi əşyaların qaralması xoşagəlməz bir vəziyyətdir. Bu əşyaları digər mətbəx məhsulları kimi suda yumaqla təmizləmək olmaz. Yazımızda gümüşün parıltısını ilk günə qaytarmaq və asanlıqla təmizləmək üçün tətbiq edə biləcəyiniz üsulları topladıq. Bu üsullardan təkcə mətbəx qablarında deyil, gümüş zinət əşyalarınızda da istifadə edə bilərsiniz.


Diş məcunu 

Əvvəlcə, bir qabı su ilə doldurun. Cilalamaq istədiyiniz məhsulun həm içərisinə, həm də xaricinə diş məcunu çəkin. Məhsulu suya qoyun və 30 dəqiqə saxlayın. Sonra onu sudan çıxarın və isti su ilə yuyun. Nəm bir parça ilə sildikdən sonra qaralmanın təmizləndiyini görə bilərsiniz.

Limon şirəsi

Dərin bir qaba 1 stəkan limon suyu, 1 çay qaşığı duz əlavə edib qarışdırın. Ona təmiz su əlavə etdikdən sonra gümüşü bu qabda yarım saat saxlayın. Sonra yuyun və qurudun. Əgər əşyanız çox böyükdürsə, parçanı suya batıraraq silə bilərsiniz.

Sirkə suyu

Bir boşqaba 2 qaşıq sirkə və bir paket soda əlavə edin. Gümüş qabları qarışıqda isladın. 30 dəqiqədən sonra əşyanız parlamağa başlayacaq. Elementi su ilə yuyub qurudaraq təkrar istifadə edə bilərsiniz.

Alüminium folqa

Dərin bir qabı su ilə doldurun və ona 1 qaşıq soda əlavə edin. Xurma böyüklüyündə folqa parçasını kəsib suya əlavə edin. Zinət və ya mətbəx əşyalarınızı bu suda isladın və çıxarın. Eyni prosesi bir neçə dəfə tətbiq etdikdən sonra gümüşünüzün parıldadığını görə bilərsiniz.

Yuyucu vasitə

Bir qaba 1 qaşıq yuyucu toz və 3 stəkan su əlavə edin. Tərkibləri qarışdırdıqdan sonra gümüş məhsulları atın. 20 dəqiqə gözlədikdən sonra gümüşü bol su ilə yuyucu vasitələrdən təmizlənənə qədər yuyun və bir parça ilə qurulayın.

Ammonyak

Cilalamaq istədiyiniz əşya üçün konteyner seçin. Konteynerə 1 xörək qaşığı ammonyak tökün və əşyanı içərisinə qoyun. Üzərinə ilıq su əlavə edib 30 dəqiqə gözləyin. Sonra əşyaları su ilə yuyun və bir parça ilə qurulayın. 

Süd

Bir stəkan ilıq su, 1 qaşıq limon suyu və yarım stəkan südü qarışdırın. Gümüş bəzəkləri parça ilə silin. Daha kiçik əşyaları birbaşa suya batıra bilərsiniz. Əşyanızı bir parça ilə quruladıqdan sonra istifadə edə bilərsiniz. 

Mənbə: Lezzet 

Tərcümə etdi: Nuran Əhmədzadə 


Paylaş
Şərh əlavə et