Havaların soyuması ilə yağışlar da artmağa başlayıb. Bu zaman torpaq yolların palçığa çevrilməsinə və bu ləkələrin paltarlara bulaşmasına səbəb olur. Çirkli və pis bir görünüş təqdim edən palçıq ləkəsi toxumaya nüfuz edir və düzgün təmizlənmədikdə onu çıxarmaq getdikcə çətinləşir. Ayaqqabıları palçıq ləkələrindən təmizləməyin üsulları bunlardır:

Ağ ayaqqabıdan palçıq ləkələrini necə təmizləmək olar?
Əvvəlcə, ayaqqabıların qurumasını gözləyin. Ayaqqabılar quruduqdan sonra altına bir qəzet vərəqi qoyun. Ayaqqabıları bir-birinə çırpın və artıq palçığın tökülməsini təmin edin. Palçığı səthdən kağız dəsmal ilə silin və ayaqqabı bağlarını çıxarın. Orta sərt bir fırça istifadə edin. Ayaqqabıların üzərinə ağ yuyucu toz tökün və fırçanın köməyi ilə səthi fırçalayın. Sonra ayaqqabıları nəm bir parça ilə silin. Ləkələrin silindiyinə əmin olduqdan sonra quru bir parça ilə qurulayın və havalı bir mühitdə saxlayın.

Palçıq ləkələrini parça ayaqqabılardan necə təmizləmək olar?
Parça ayaqqabıların əksəriyyətini paltaryuyan maşında yumaq olar. Buna görə də qurudulmuş palçığın artıqlığını götürdükdən sonra ayaqqabıya yapışmış palçığı kağız dəsmal ilə silin. Sonra ayaqqabıları uyğun bir paketə qoyun və maşına atın. Maşını aşağı sürətdə işə salaraq ayaqqabılarınızı yuyun.
İkinci üsul: Ayaqqabılarınızı silkələyin və bir-birinə vurun. Palçıq qalıqlarını kağız dəsmal ilə təmizləyin. Qabı isti su ilə doldurun və ona maye yuyucu vasitə əlavə edin. Suyu əllərinizlə qarışdırın. Təmiz bir fırçanı bu suya batırın və kənarlarından başlayaraq ayaqqabının hər tərəfini fırçalayın. Sonra nəm bir parça ilə silin. Parça ayaqqabıları təmizlədikdən sonra onların içərisini qəzetlə doldurun və qurumağa qoyun. Beləliklə, ayaqqabılarınız öz formasını saxlayacaq.
İdman ayaqqabılarından palçıq ləkələrini necə təmizləmək olar?
Ləkəni təmizləmək üçün əvvəlcə qurumasını gözləyin. Palçığın tökülməsi üçün ayaqqabıları bir-birinə çırpın. Hər hansı yapışmış palçığı kağız dəsmal ilə silin. Ayaqqabıların bağlarını çıxarın və yuyun. Yumşaq uclu fırçanı su ilə nəmləndirin və ona bir neçə damcı yuyucu vasitə əlavə edin. Ayaqqabının altını fırçalayın. Sonra fırçanı yuyun. Ayaqqabının yuxarı hissəsi üçün vedrəni isti su ilə doldurun və suya maye yuyucu vasitəni tökün. Fırçanı bu suya batırın və ləkələri yumşaq bir şəkildə ovuşdurun. Yuxarıdan başlayaraq hər şeyi nəm bir parça ilə silin. Sonra quru bir parça ilə qurudun. Havada saxlayın.
Dəri ayaqqabıdan palçıq ləkələrini necə təmizləmək olar?
Palçıq ləkələrini təmizləmək üçün ən asan ayaqqabı növü dəri ayaqqabılardır.
Ləkənin qurumasını gözləmədən birbaşa suyun altında yaxalaya bilərsiniz. Ləkə qurudusa, artıqlığı kağız dəsmal ilə silin. Dəri ayaqqabıların hər tərəfini təmiz, nəm parça ilə silin. Sonra quru bir parça ilə qurulayın. Havada saxlayın.
Dəri ayaqqabılarda heç vaxt isti su istifadə etməyin. Əks halda, ayaqqabının formasının pozulması baş verə bilər.
Mənbə: Lezzet
Tərcümə etdi: Nuran Əhmədzadə
