Bu gün:

Dırnaq boyası ləkəsini necə təmizləmək olar?


Dırnaq boyası çəkmək dırnaq baxımının zövqverici anlarından biridir. Ancaq bir az diqqətsizliklə divan və ya xalçaya düşən dırnaq boyası ləkələri bəzən bezdirici ola bilər. Ləkəni parça ilə silməzdən əvvəl, iti alətlə qalan parçaları çıxarmağa diqqət yetirin. Əks halda, dırnaq boyası ləkəsi daha çox səthə yayıla bilər.

Paltardan dırnaq boyası ləkəsini necə təmizləmək olar?

Əvvəlcə paltarın ləkələnmiş sahəsinin arxasına bir neçə qat kağız dəsmal qoyun. Bu şəkildə ləkənin arxaya keçməsinin qarşısını ala bilərsiniz. Ləkələnmiş yerə alma sirkəsi tökün və 5-6 dəqiqə saxlayın. Sonra nəm salfetin köməyi ilə ləkəni kənarlarından ortasına yaymadan silin və ilıq su ilə yuyun. Paltarınızı maşında yuyun.

Xalçadakı dırnaq boyası ləkəsini necə təmizləmək olar?

Metod 1: Kağız dəsmalın köməyi ilə dırnaq boyasını yaymadan çıxarın. Təmiz pambığın üzərinə asetonu tökün və ləkənin mərkəzinə doğru yumşaq bir şəkildə silin. Ləkə yox olana qədər bu prosesi davam etdirin. Ləkə təmizləndikdən sonra xalçanı ilıq su ilə təmizləyin və üzərinə dəsmal qoyaraq qurudun.

Metod 2: Ləkəyə saç spreyi vurun və 5 dəqiqə saxlayın. Köhnə diş fırçası ilə ləkələnmiş hissəni fırçalayın. İsti su ilə silib, parça ilə qurudun. Bu üsulları oturacaqlar üçün də tətbiq edə bilərsiniz.

Divandakı dırnaq boyası ləkəsini necə çıxarmaq olar?

İsti su və ağardıcısız yuyucu vasitəni qarışdırın. Bu qarışığı divanda ləkələnmiş yerə töküb 5 dəqiqə gözləyin. Ləkələnmiş hissəni nəm bir parça ilə silin.

Saçdakı dırnaq boyası ləkəsini necə təmizləmək olar?

Saçdakı dırnaq boyası ləkəsini təmizləmək üçün saç balzamını dırnaq boyası bulaşan hissəyə çəkin. Saçınızı yumşaq bir şəkildə ovuşduraraq ləkəni çıxarın və ilıq su ilə yuyun. 

Mebeldəki dırnaq boyası ləkəsini təmizləmək üçün ağardıcıdan istifadə edə bilərsiniz.

Mənbə: Lezzet 

Tərcümə etdi: Nuran Əhmədzadə 


Paylaş
Şərh əlavə et