Bu gün:

Bir araşdırmaya görə, mətbəxdəki ən çirkli 5 yer


Mikroblar ən gözlənilməz yerlərdə gizlənir və tamamilə yeni bir araşdırma mətbəxinizdə heç vaxt təmizləməyi düşünmədiyiniz, lakin çox güman ki, ədviyyat qabı, və süngərlər də daxil olmaqla, pis bakteriyalarla örtülmüş yerləri aşkar etdi. 

Böyük Britaniyanın Kənd Təsərrüfatı Departamentinin Qida Təhlükəsizliyi və Təftiş Xidmətinin bu yaxınlarda apardığı araşdırmada tədqiqatçılar mətbəxin müxtəlif sahələrini araşdıraraq hansı yerlərdə daha çox mikrobun olduğunu aşkar ediblər. Soyuducu rəflərindən tutmuş kəsmə taxtalarınıza qədər sizin və ailənizin yemək hazırladığınız yer düşündüyünüzdən daha çirkli ola bilər.

Mətbəxdə ən çirkli 5 yer

Tədqiqat zamanı iştirakçılar yeni reseptlər sınadıqlarını düşünürdülər. İştirakçılara hind toyuğu burgerini hazırlamağı tapşırıblar. Onlar yemək hazırlayarkən elm adamları mətbəxlərinin çarpaz çirklənmə səthlərini diqqətlə izləyiblər.

Ədviyyat qabları 

Müəyyən edilib ki,  yeməyi hazırlamaq üçün istifadə edilən ədviyyat qablarında ən çox bakteriya var və  ədviyyatların 48 faizində hind toyuğu mikrobları var.

“Journal of Food Protection” jurnalında dərc edilən araşdırma izah edib ki, aşpazlar tutacaqları və ya tez-tez toxunulan yerləri silərkən ədviyyat qablarını unudurlar. Tədqiqatda deyilir: "Aşpazlar ədviyyat qablarını yeməyi bişirdikdən sonra silməyi və ya dezinfeksiya etməyi düşünə bilməzlər, çünki adətən aşpazlar tərəfindən çirklənmə riski kimi hədəf alınmır".

Tədqiqatda deyilir ki, "ət bişirmək və sonra ədviyyatlara toxunmaq " ən pis vəziyyət ssenarisidir və ədviyyat qablarınızı  isti sabunlu suda yumaq və ya silmək lazım olduğunu vurğulayır.

Kranlar və sabun qabları 

Kranların içərisinin ən çirkli olduğunu təxmin etsələr də, sürpriz sabun qablarının tərkibində nə qədər bakteriya olması idi. Çünki yemək bişirib sonra sabun qabunu silməyi düşünmədən  əlinizi yumağa gedirsiniz. Aşpazların sabun şüşələrindəki mikroblardan narahat olduqları halda əllərini yaxşıca ovuşdurduqdan sonra yumaları lazımdır. Kranın tutacaqlarını yaxşıca silməli və bütün kranları “hər gecə” təmizləməlisiniz.

Mətbəx süngərləri 

Süngərlərin bu qədər çirkli olmasının səbəbi nəm qaldıqları üçün bakteriyaların onların üzərində yaşamaq istəməsidir. USDA bildirir ki, süngərinizi bir-iki dəqiqə mikrodalğalı sobada saxlaya bilərsiniz. Bu, bakteriyaları öldürməyə kömək edəcək. Qab dəsmallarında da çoxlu bakteriya var. Beləliklə, onu hər gün dəyişdirə və ya biri əlləriniz üçün, biri dəzgahlarınız üçün, biri də qablarınız üçün üç ayrı dəsmal istifadə edə bilərsiniz.

Doğrama taxtası

Kəsmə lövhələri də mətbəxinizdəki ən çirkli əşyalardan biridir. İstər plastik, istərsə də taxta kəsmə taxtanız olsun, siz ondan istifadə etdiyiniz zaman “ bakteriyalar üçün çoxalma zəmininə çevrilir". Bıçağınızın yaratdığı kəsiklərdə bakteriya ola bilər.

Bütün mikrobları təmizləmək üçün kəsmə taxtanızı iki dəfə yumaq tövsiyə edilir. Bu o deməkdir ki, onu bir dəfə sabun və su ilə yuyub sonra ikinci yuma üçün qabyuyan maşına atmaq lazımdır. Kəsmə taxtanızı təmizləməyin ən vacib hissəsi hərtərəfli yuyulduqdan sonra quru olduğundan əmin olmaqdır.

Soyuducu rəfləri

Pişirmə sahəsinizdəki son çirkli yer ət və meyvələrini saxlanıldığı soyuducu rəfləridir. Təmizlik mütəxəssisləri bildirirlər ki, soyuducunuzu mövsümdə bir dəfə yaxşıca təmizləməlisiniz.

Mənbə: Lezzet 

Tərcümə etdi: Nuran Əhmədzadə 

Paylaş
Şərh əlavə et