Bu gün:

Valideynlərdən keçən 10 xüsusiyyət


Valideynlərimizdən bizə miras qalan 10 irsi xüsusiyyət var.

Ananız kimi qəhvəyi gözləriniz və atanız kimi uzun ayaqlarınız varmı? Biz valideynlərimizin gen surətlərindən gələn hər bir fiziki xüsusiyyəti miras aldıq. 

1. Yüksək xolesterin səviyyəsi

Bir çox insanlar yüksək xolesterol səviyyəsini yedikləri ilə əlaqələndirir. Uzun və xoşbəxt bir həyat yaşamaq üçün tərəvəz və meyvələr yeməli, bol idman etməliyik. Ancaq bəzən yüksək xolesterol səviyyələri əslində həyat tərzimizə deyil, genlərimizə bağlıdır. Hər 500 nəfərdən 1-də qanda xolesterinin yığılmasına səbəb olan spesifik genetik mutasiya var. Bu insanlar tərəvəzdən başqa heç nə yeməsələr belə, bu maddənin yüksək miqdarına malikdirlər.

2. Keçəllik anadan gəlir

Keçəlliyin ən böyük səbəblərindən biri X xromosomudur. Kişilər bu xüsusiyyəti analarından miras alırlar. Ancaq saç tökülmələrində onları günahlandırmağa tələsməyin. Çünki rol oynayan digər genlərdən biri də atadır. Bundan əlavə, ətraf mühit faktorları da saç tökülməsinə böyük təsir göstərir.

3. Akademik uğurun səbəbi anadır

Ana uşağın qiyməti zəif olanda danlayır və cəhd etsə, daha uğurlu olacağını düşünə bilər. Lakin akademik müvəffəqiyyət 55% genetik mirasdan asılıdır. Minlərlə gen məktəbdə necə yaxşı performans göstərdiyinizə birbaşa cavabdehdir. Valideynləriniz məktəb günlərində uğur qazanıbsa, sizin də böyük potensialınız var.

4. Qəhvə sevgisi

Çox qəhvə içdiyinizi düşünürsünüz? Bu hal sizin geninizdəndir. Alimlər, qəhvəsiz yaşaya bilməyənlər və yaşayanlar üzərində müqayisəli araşdırma aparılıb. Məlum oldu ki, ikinci qrupda spesifik genlər dəsti var, yəni onlar kofeini daha yavaş udurlar. 

5. Gənc yaşda şəkər xəstəliyinə tutulmaq

Tip 2 diabet adətən yaşlı insanlarda inkişaf edir. Ancaq bəzən aktiv həyat tərzi keçirən uşaq və yeniyetmələrdə diabet müşahidə olunur. O yetkinlik yaşına çatmayan diabet kimi tanınır və pis pəhriz də burada rol oynayır. Bu diabet genetik mutasiya nəticəsində yaranır.

6. Anadan gələn rəng korluğu

Müəyyən rəngləri ayırd etmək qabiliyyəti insanın genləri vasitəsilə miras aldığı bir şeydir. Bu genlər çox vaxt anadan oğlan uşaqlarına miras qalır. 

7. Laktoza qarşı dözümsüzlük

Bu təəccüblü ola bilər, lakin böyüklərin 65%-nin laktoza və ya süd şəkərini həzm etmək qabiliyyəti aşağıdır. Bunun hadisə genlə bağlıdır. Uşaq hələ körpə olduqda yaşamağı üçün bədəni laktoza həzm etməyə kömək edən ferment yaradır. Lakin insan yaşlandıqca süd məhsullarını qəbul etmək qabiliyyəti azalır. İnsanların yalnız bir hissəsində laktoza dözümlülük genləri var.

8. Sürücülük qabiliyyəti

Hər kəsi uzun müddətdir maraqlandıran şey i alimlər tərəfindən təsdiqlənib. Hər kəsin maşın sürmək qabiliyyəti yoxdur. Siz bütün yol qaydalarını öyrənə və sürücülük imtahanından keçə bilərsiniz. Ancaq istiqamətləndirmə qabiliyyətinə təsir edən xüsusi genlər varsa, reaksiya və yaddaş sürətlidirsə, sükan arxasına keçmək pis fikirdir. Çünki avtomobil sürərkən daha çox narahat olursunuz və buna görə də qəzaya düşmə riskiniz daha yüksəkdir. Alimlər hesab edirlər ki, bu genlər əhalinin 30%-də mövcuddur.

9. Miyopiya

Bir insanın yaxın məsafələri görməkdən şikayət etmə ehtimalı irsi olaraq keçir. Hər iki valideyndə bu problem varsa, uşağın inkişaf riski təxminən 50% təşkil edir. Bununla belə, elm adamları hesab edirlər ki, biz burada mütləq hər şeyi genetikaya ata bilmərik. Kompüter qarşısında az vaxt keçirmək, gözləri şüadan qorumaq miyopiya ehtimalını xeyli azaldır.

10. Populyarlıq

İnanılmaz səslənə bilər, amma bir insanın populyarlığının sirri genlərindədir. Harvard alimləri bu qənaətə uzun illər ərzində apardıqları ciddi araşdırmalardan sonra gəliblər. Bu genləri miras alan insanlar həmyaşıdları arasında məşhur olan insanlardır. Və hər kəs bu insanlarla dost olmaq istəyir. Bu necə baş verir? Ola bilsin ki, gələcək tədqiqatlar bunu daha aydın göstərəcək.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş