Bu gün:

Gözəllik üçün nə etmək lazımdır?


Hər həftə baxım etmək əyləncəlidir. Baxım etmək gününüzü gözəlləşdirəcək, sizi daha xoşbəxt edəcək. Eyni zamanda davamlı edilən baxımlar görüşünüzü yaxşılaşdırır.

Gözəllik prosedurları möhtəşəmdir. Əgər gündəlik təlaşa görə vaxtınız yoxdursa, həftəsonu istirahət edin və özünüzə vaxt ayırın.

Dərin saç baxımı

Dərin saç müalicəsi həftəlik gözəllik ritualınızda prioritet olmalıdır. Daha yumşaq, parlaq və sağlam saçlar hər bir qadının arzusudur. Daha təsirli tətbiq üçün saç maskasını çəkdikdən sonra saçınızı isti və nəm dəsmal ilə sarıya bilərsiniz.

Üz maskası

Bu baxımdan sizə bir çox alternativlər təklif olunur. Evdə özünüzün hazırlaya biləcəyi maska reseptləri və ala biləcəyiniz üz maskaları var. Üzünüzün ehtiyaclarına uyğun olaraq edəcəyiniz seçim sizə çox daha canlı bir görünüş qatacaq. Bunu vərdiş halına gətirdiyiniz zaman həqiqətən də fərq yaradacaq.

Mikrodermabraziya ( pilinq)

Hüceyrələrin və dəri tullantılarının daha sürətli məhv edilməsi üçün mikrodermabraziya prosesindən istifadə olunur. Diqqət etməli olduğunuz şey, üz maskası ilə eyni gündə tətbiq edilməməsidir.

Ayaq baxımı

Ayaqlar bütün bədənin ağırlığını daşıyır və buna görə də xüsusi qayğıya layiqdir. Ən azı həftədə bir dəfə onları ilıq suda dincəltməli, ölü hüceyrələrdən təmizləməli və bolca nəmləndirməlisiniz. Tərkibində "glytone" olan məhsullara üstünlük verilə bilər, lakin asidik tərkibə malik olduğundan ehtiyatla istifadə edilməlidir.

Manikür

Əlləriniz ən çox görünən yerlərinizdən biridir. Hər bir qadın baxımlı əllərə sahib olmaq istəyir, bu onların özünə inamını artıracaq. 

Ölü dərini çıxarmaq üçün duş

Sürətli duşda edə bilməyəcəyiniz proseslərdən biri də bədəninizi ovuşdurmaq və ya fırçalamaqla ölü hüceyrələrdən təmizləməkdir. Dəri altındakı təzə dəriyə çatmaq istifadə edəcəyiniz bədən losyonlarının udulmasını artırır. Sizə daha yumşaq, daha canlı bir görünüş vəd edir.

Bədən yağı

Bədən yağları losyonlardan daha çox nəmləndirir. Bu məhsulları həftədə bir dəfə tələsmədən, hətta masaj edərək bütün bədənə tətbiq etmək qan dövranınızı sürətləndirəcək. Bunun üçün təbii yağları seçə bilərsiniz.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş