Demək olar ki, hər kəsin başına gələ bilən göz altındakı qaraltılar bəzən yuxusuzluq, genetik faktorlar, bəzi pozğunluqlar nəticəsində yaranır. Əgər belə hallar sizi narahat edirsə, evdə tətbiq edə biləcəyiniz sadə üsullarla göz altındakı qaraltılardan xilas ola bilərsiniz. Ümumiyyətlə, bir çox insanlar göz altındakı qaraltıları örtmək üçün kimyəvi məhsullardan istifadə edir. Ancaq bu, qısamüddətli bir həlldir. Kimyəvi məhsullar dəriyə daha çox ziyan vurduğundan, mümkün olduqca onlardan uzaq olmaq lazımdır. Bəs, göz altındakı qaraltılar nədən yaranır, göz altındakı qaraltılar necə keçir? Evdə asanlıqla tətbiq edə biləcəyiniz təbii vasitələr bunlardır:
Göz altındakı qaraltılara nə səbəb olur?
Gün ərzində kifayət qədər maye qəbul etməmək, genetik faktorlar, düzənsiz yuxu, yuxusuzluq, B, C, E və K vitaminlərinin çatışmazlığı, soyuqdəymə, qrip, burun tıxanıxlığı, hormonal dəyişikliklər, yorğunluq, allergik reaksiyalar, zərərli Günəş şüaları, uzun müddət televizor, kompüter və s. cihazların ekranına baxmaq, bəzi dərmanların yan təsirləri, stress.
Xiyar

Tərkibində 96% su olan xiyar göz altı dərisinə kifayət qədər maye verir. Xiyarın qabığını soyun və suyunu çıxarın. Xiyar suyunu təmiz pambıqla gözlərin altına çəkin. Bunu zərif hərəkətlərlə etməyə çalışın. Bundan əlavə, soyuq xiyar dilimlərini göz altında saxlaya bilərsiniz.
Kartof

Göz ağrısı və göz altı qaraltılar dedikdə ağıla ilk gələn qidalardan biri də kartofdur. Asan tətbiq üçün qabığı soyulmuş kartofu orta dilimlərə kəsin və 15-20 dəqiqə gözlərinizin üstündə saxlayın. Alternativ olaraq, təmiz cuna ilə kartofdan suyu çıxara bilərsiniz. Pambığı kartof suyuna batırdıqdan sonra göz altındakı qaraltılara çəkin və 15 dəqiqə gözləyin. Daha sonra ilıq su ilə yaxalaya bilərsiniz.
Limon

Limon tərkibindəki C vitamini sayəsində dərini qidalandırır. Limon suyunu çəkərkən gözlərinizə düşməməsinə və çox yaxın bölgələrə sürtməməyə diqqət edin. Limon suyuna batırılmış pambığı göz altındakı qaraltılara çəkin və 15 dəqiqə saxlayın. Bu müddət ərzində gözlərinizi bağlı saxlamaq daha təhlükəsiz ola bilər. Sonra ilıq su ilə yuyun.
Paket çaylar

Damarları genişləndirən paket çaylar həm göz altındakı qaraltılar, həm də göz ağrılarına yaxşı təsir edir. Yeni istifadə edilmiş paket çayı gözlərin altına qoyun və 15 dəqiqə saxlayın.
Süd

Göz altındakı qaraltıları qısa müddətdə öz dəri rənginizə qaytarmaq üçün süddən istifadə edə bilərsiniz. Təmiz pambıqla soyuq süd çəkin. 10 dəqiqədən sonra üzünüzü ilıq su ilə yuyun. Qaraltıların normal dəri rənginizə qayıtdığını görəcəksiniz.
Cəfəri

Tez-tez detokslara daxil olan cəfəri C və K vitaminləri ilə çox zəngindir. Vitamin çatışmazlığından yaranan qaraltıların aradan qaldırılmasında da təsirlidir. Cəfərini doğrayın və qaynar suda isladın. Su isti olduqda, pambıq köməyi ilə göz altına çəkin. 10 dəqiqə belə saxlayın və sonra yuyun. Cəfəri həm qaraltılara, həm də şişkinliklərə yaxşı təsir edir.
Badam yağı

Dərinin nəmləndirilməsinə gəldikdə, ən çox tövsiyə edilən qidalardan biri də badam yağıdır. Gecə yatmazdan əvvəl təmiz pambığı badam yağına batırın. Sonra pambığı gözlərin altına qoyun və gözləyin. Səhər oyandığınız zaman üzünüzü ilıq su ilə yuyun. 1 həftə nizamlı istifadə ilə sağlam dəriyə sahib olduğunuzu görəcəksiniz.
Avokado

Avokado düzgün istifadə edildikdə göz altındakı qaraltıları qısa müddətdə sağaldır. Bunun üçün avokadonu püre halına salın. Üzərinə 1 xörək qaşığı limon suyu və yumurta ağını əlavə edib qarışdırın. Krem formasındakı qarışığı dərinizə nazik təbəqə kimi çəkin və 30 dəqiqə saxlayın. Sonra soyuq su ilə yuyun.
Mənbə: Lezzet
Tərcümə etdi: Nuran Əhmədzadə
