Hamımız bilirik ki, hər tərəvəz və meyvəni mövsümündə yeməliyik. Bu yolla zəhərlənmənin və bir çox xəstəliyin qarşısını almaq olar. Bu ayın ən sağlam tərəvəz və meyvələri ilə tanış olaq.
Qarpız
Maye az içdiyiniz günlərdə su ehtiyacınızı bir az da qarşılaya bilən meyvələrdən biri qarpızdır. O ürək-damar sağlamlığı üçün çox faydalıdır.
Əncir
Əncir kalsiumla zəngin meyvədir. O bağırsaqlarınız üçün də olduqca faydalıdır. Antioksidant xüsusiyyətləri ilə də tanınan ənciri bu ay yemək sizi daha sağlam edəcək.
Zoğal

Zoğalını mürəbbəsi ilə tanıyırıq. Zoğal xəstəlik riskini azaltdır. Xüsusilə, C vitamini ilə zəngin olan bu meyvə ayın ən sağlam meyvələri arasındadır.
Üzüm
Üzüm xolesterin tarazlığı, antioksidant xüsusiyyətləri və bir çox digər faydaları ilə tanınır. Üzüm pendirlə yeyildikdə həm ləzzətli , həm də çox vitamli olur.
Gavalı

Yüksək C vitamini mənbəyi olan gavalı qan əmələ gətirmə xüsusiyyətinə sahibdir. Gavalı dəri üçün çox faydalıdır. Əlavə olaraq onu bu ay yemək daha çox fayda gətirir.
Noxud

Sentyabr ayında yeyilməli ən vacib tərəvəzlərdən biri də noxuddur. Qara gözlü noxuddan salatdan yeməyə qədər bir çox şəkildə istifadə edə bilərsiniz. Protein qaynağı olaraq bilinən qaragözlü noxudu ay ərzində yeyə bilərsiniz.
Pomidor
Pomidorun ən əhəmiyyətli faydalarından biri xərçəngin qarşısını almağıdır. Yayın bitməmiş gözəl dadını süfrələrinizdə hər cür yeməklərdə məhz bu ay təqdim edə bilərsiniz.
Göbələk

Qızardılmışdan qaynadılmışına kimi bir çox yeməklərdə istifadə edə biləcəyiniz göbələklər böyük protein qaynağıdır. O qırmızı ətdən daha çox protein təmin edir. Bu ay yeməklərinizə bol göbələk daxil etməyi unutmayın.
Lobya

Qırmızı lobyanın arıqlamağa kömək etdiyini bilirdinizmi? Digər qidalarla balanslaşdırılmış şəkildə yeyildikdə həm özünüz üçün faydasını görəcək, həm də sentyabr ayı boyunca möhtəşəm bir dad əldə edəcəksiniz.
Badımcan

Ən dadlı xörəklərin əsas tərkib hissəsi olan badımcan C və K vitaminləri baxımından çox zəngindir. Ürək sağlamlığına qatqısı və qan azlığı ilə mübarizəsi ən əhəmiyyətli xüsusiyyətlərindən biridir. Sentyabr ayında badımcan yemək virusdan qorunmaq baxımından da olduqca məntiqlidir.
Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova
