Aseton dırnaq boyasını təmizləmək üçün istifadə edilən məhsullardan biridir. Bəs bilirdinizmi ki, evdə aseton qalmayanda təbii məmulatlardan istifadə edərək dırnaq boyanızı silə bilərsiniz? Asetonsuz dırnaq boyasını təmizləmək üçün evdə istifadə edə biləcəyiniz məmulatlar bunlardır:

Diş məcunu
Dırnaq boyasını təmizləməyin ən sadə yolu diş məcunundan istifadə etməkdir. Diş məcununun tərkibindəki etil asetat dırnaq boyasının asanlıqla təmizlənməsinə şərait yaradır. Bunun üçün pambığa diş məcununu çəkib dırnaqlarınıza sürtmək kifayətdir.
Dezodorant
Sprey şəklində olan dezodorantlar da dırnaq boyasının təmizlənməsində təsirli olur. Dırnaqlarınıza bir az dezodorant sıxın və dırnaq boyasını pambıqla sürtərək təmizləyin. Əlinizdəki qoxunu aradan qaldırmaq üçün sonra sabun və su ilə ovmağı unutmayın.
Qabartma tozu və ya çay sodası
Çay sodasını dırnaqlarınıza yumşaq bir şəkildə tökün və dırnaqlarınızı nəm pambıqla ovuşdurun. Bu üsul ilk dəfə mükəmməl nəticə verməyəcək, ona görə də bir neçə dəfə cəhd etməlisiniz.
Dizinfeksiyaedici
Əl təmizləyicilərinin tərkibində spirt yüksəkdir və dırnaq boyasını təmizləməyə kömək edir. Pambığa bir az dizinfeksiyaedici sprey sıxın və dırnaq boyasını təmizləyənə qədər dırnaqlarınızı ovuşdurun. Sonra əllərinizi sabun və ilıq su ilə yuyun.

Sirkə və limon
Bir xörək qaşığı ağ sirkə və limon suyunu qarışdırın. Qarışığa bir pambıq batırın və dırnaq boyasını silin. Limon və sirkə turşu olduğu üçün bu üsula çox üstünlük verilmir. Bundan əlavə, əllərin qurumasının qarşısını almaq üçün üsulu tətbiq etdikdən sonra nəmləndirici krem sürtmək tövsiyə olunur.
Aseton zəhərli bir maddə olmasa da, dırnaqlarınızı, dərini quruda bilər. Bu da dırnaqların daha quru və kövrək olmasına səbəb ola bilər. Asetonun tez-tez istifadəsi ətin soyulmasına səbəb ola bilər. Buna görə də, dırnaq boyasını asetonla təmizlədikdən sonra əllərinizi bol su ilə yuyun və nəmləndirici krem çəkin.
Mənbə: Lezzet
Tərcümə etdi: Nuran Əhmədzadə
