
Frida Kahlo təkcə sənət uğurları ilə deyil, həm də özünəməxsus üslubu ilə tanınan məşhur meksikalı rəssam və sənətkardır. Kahlonun tək qaşlı və bığlı görünüşü təkcə estetik seçim deyil, həm də həyatındakı dərin izləri əks etdirən simvoldur.
Əsl adı Maqdalena Karmen Frida Kahlo Kalderon olan meksikalı rəssam 1907-ci ildə anadan olub və 1954-cü ildə 47 yaşında vəfat edib.
Macar əsilli yəhudi fotoqraf Vilhelm Kahlo və yerli amerikalı Matilde Kalderon Qonzalesin üçüncü qızı, Mekisanın cənubundakı Koyoakanda yaşayan Frida Kahlo həyatının çox hissəsini Mavi Ev kimi tanınan ailəsi ilə keçirib.
6 yaşındaykən uşaq iflici keçirib
6 yaşında iflic keçirən Kahlo həyatda qalmaq üçün mübarizə aparıb. Xəstəliyə müqavimət göstərən Kahlo qalib gəlsə də, bir ayağı digərindən daha nazik qaldı. İflicdən sonra incə ayaqlarına görə Kahloya "taxta ayaq Frida" kimi bəyənmədiyi ləqəblər verilib. Buna görə də Kahlo ayaqlarını gizlətmək üçün həmişə uzun ətək geyinirdi.
İlk atası oğlan istədiyi üçün qaşlarını və bığını uzadıb
Frida Kahlonun atası həmişə oğul istəyib, ona görə də, Kahlonu oğlan kimi böyüdüb. Buna görə də, Frida Kahlo uşaqlıqdan qaşınj və bığını uzadıb. Adətən kişilərlə dostluq etməli olan Frida Kahlo gələcəkdə tibb təhsili almaq istəyib. Hazırlıqlardan sonra Kahlo dövrün ən yaxşı məktəblərindən birini qazanıb.
O, qəza nəticəsində uzun müddət yataqda müalicə alıb.
1925-ci il sentyabrın 17-də Fridanın sevgilisi Alejandro Qomez Ariasla məktəbdən qayıdarkən mindiyi avtobus tramvayla toqquşub. Çox adam həyatını itirib, Frida isə ağır yaralanıb. Mədəsindən daxil olan və onurğasını zədələyən dəmirlə xəstəxanaya aparılan Fridanın çoxsaylı sınıqları olub. 32 əməliyyat keçirən Frida uzun müddət yataqda qalıb.
Yatağa məhkum olunduğu dövrdə rəsmə başlayıb
Bu çətin prosesdə Frida rəssamlığa maraq göstərib və istedadını inkişaf etdirib. Kahlonun rəsmləri çox vaxt avtobioqrafik və simvolik idi. Bu onun fiziki və emosional ağrısını, şəxsiyyət axtarışını və cinsiyyət məsələlərini əks etdiririb.
Mənbə: Habertürk
Tərcümə etdi: Lalə Mənəfova
