Bu gün:

Yaxşı dost dar gündə tanınar atalar sözünün mənası nədir?


Mədəniyyətimizdə dost və rəfiqə anlayışları ayrı izah olunur, ən pis günlərində insanların yanında olanlar əsl dost kimi qələmə verilir. Dostluq haqqında bir çox atalar sözləri və deyimlər gündəlik həyatda tez-tez istifadə olunur.  Onların arasında ən məşhuru “Yaxşı dost dar gündə tanınar” atalar sözüdür.

“Yaxşı dost dar gündə tanınar” atalar sözünün mənası nədir?

Bu ifadə ilə doğru və saxta dostların pis gündə tanıdıldığı izah olunur. Çünki dost kimi görünən, amma dost olmayan insanlar çətin günlərində insanları rahat tərk edirlər. Bu cür insanlar başqa çox vaxt hər hansısa bir qazanc üçün başqaları ilə dostluq edirlər. Ona görə də, çətin günlər gələndə sizi tərk edirlər.

Əsl dostlar təkcə yaxşı gündə deyil, pis gündə də onlarla olur. Belə günlərdə həm maddi, həm də mənəvi dəstəklərini əsirgəmirlər.

Əsl və saxta dostlar arasındakı fərqi vurğulamaq üçün istifadə edilən deyimləri aşağıdakı kimi sıralamaq olar: 1- ''Yaxşı gün dostu'' 2- ''Pis gün dostu''

Dostluq haqqında başqa atalar sözləri:

 1- Dostunu göstər, sənə kim olduğunu deyim.

 2- Dost başa baxar, düşmən ayağa.

 3- Dostuna sirrini demə, onun da dostu var.

Mənbə: CNN türk

Tərcümə etdi: Lalə Mənəfova



Paylaş
Şərh əlavə et