"Frida və Dieqo Rivera"

Frida Kahlo deyildikdə ilk ağıla gələn təbii ki, Dieqo Riveradır. Nə etsə də, Frida onu sevməkdən əl çəkmirdi. "Sənin çirkin olduğunu deyən anama nifrət etdim. Sənə mənim kimi baxa bilməyən hər kəsdən. Sənin gözəlliyini niyə görə bilmədiklərini başa düşə bilmədim...” və bu tabloda Frida toy günlərini böyük sevgisi Dieqo ilə çəkib.
"Ümidsiz"

Frida Kahlo uşaq ikən poliomielit və yol qəzası nəticəsində yataq xəstəsi olub. Bütün həyatı boyu səhhətindəki bu problemlər onu tərk etmədi. Çarpayıda molbertəbənzər mexanizmə bərkidilmiş qıfın köməyi ilə yediyi içalat o vaxt xəstəliyinə şəfa ümidi ilə yediyi içalat idi.
"Saçları kəsilmiş avtoportret"

Frida Dieqo ilə böyük sevgi yaşayırdı, lakin bu böyük sevgi həm də böyük ayrılıqlarla doludur. İlk ayrılıqlarından sonra Frida çəkdiyi bu şəkildəki kimi depressiya nəticəsində bütün saçlarını kəsdirdi. "Belə bir depressiyaya səbəb olan ayrılığın səbəbi nə ola bilərdi?" Demək istəsəniz, rəssam Dieqo Rivera çox nazlı və qadın sevən kişidir və o, biseksual olan Frida ilə evlilikləri zamanı bir-birlərini dəfələrlə aldadıblar. Lakin bu tablonun memarı olan son damla və hadisə Dieqonun cümə günü Fridanı bacısı ilə aldatması oldu.
"Henri Ford xəstəxanası"

Frida Kahlonun uşaqlığı və yumurtalıqları yol qəzası nəticəsində ciddi şəkildə zədələnib. Nəticədə hamilə qalmaq çox risklidir və doğum ehtimalı çox aşağıdır. Evli olduqları müddətdə iki dəfə hamilə qalan Frida hər iki körpəni dünyaya gətirə bilməyib. Frida bu rəsm əsərində Dieqonun istəksizliyinə baxmayaraq bərk-bərk qucağında saxladığı ilk körpəsini aşağı salaraq itirməsini təsvir edir.
"Frida və qeysəriyyə əməliyyatı"

Onun ikinci və sonuncu hamiləliyi də uşağı itirməsi ilə başa çatıb. 3 aylıq hamiləliyinin sonunda Frida xəstələndi və körpəsini abort etdirməli oldu. Həmişə olduğu kimi hisslərini sənəti ilə əks etdirib, dünyaya gətirməyi çox istədiyi körpə itkisini bu şəkildə canlandırıb.
"İki Frida"

"İki Frida" Fridanın 1939-cu ildə Dieqodan ayrıldıqdan sonra çəkdiyi rəsmlərdən biridir. Sağda Frida avropalı mədəni qadın rolunda, solda isə meksikalı Frida var. Avropa Fridasının ürəyindən gələn damar buradan uzanır və Meksikalı Fridanın ürəyinə, oradan isə Fridanın əlindəki kiçik aksesuara bağlıdır. Bu aksesuarın üzərində Dieqonun uşaqlıq şəkli var. Burada o, Frida Dieqonu həm əri, həm də övladı kimi gördüyünü söyləmək istəyirdi.
"Alejandro Qomez Ariasın" portreti

Alejandro Qomez Arias Frida Kahlonun məktəb yoldaşıdır. Həmin uğursuz gündə onlar Dieqo Riveranın dərs dediyi məktəbə gedərkən yolda bir avtomobil qəzasına düşdülər. Ancaq Alejandro Fridadan fərqli olaraq bu qəzadan çox xəsarət almadan xilas oldu. O, həmin il bu qəzadan sonra yatağa məhkum olan Fridanı tərk edərək ölkədən getdi. Alejandro və Frida bir müddət yazışmağa davam etdilər. Frida bu portreti 1928-ci ildə, münasibətlərini bitirdikləri il çəkdi.
Mənbə: Onedio
Tərcümə etdi: Nuran Əhmədzadə
