Hər bir qadının həyatında ən azı bir dəfə oxumalı olduğu "ruh açan" kitablar
“Madam Bovari”, (1856) Qustav Flober
"Madam Bovari" Qustav Flaubert tərəfindən 19-cu əsrin çox əhəmiyyətli bir romanıdır. Bir çox ədəbiyyatşünaslar tərəfindən ilk müasir realist roman hesab edilən “Madam Bovari” ilk dəfə 1857-ci ildə nəşr olunub. Təbii ki, madam Bovarinin unudulmaz sevgisi də xatirələrdə öz yerini tutub.

“Anna Karenina”, (1877) Lev Nikolayeviç Tolstoy
Onun sevgisi yüzlərlə yazıçı tərəfindən işıqlandırılan bir mövzu olsa da, dünya şöhrətli rus yazıçısı Tolstoyun “Anna Karenina” əsəri qədər epik heç nə yoxdur. Anna Karenina XIX əsr rus aristokratiyasında qadağan olunmuş sevgi hekayəsidir.
"Qürur və qərəz", (1813) Ceyn Osten

Klassik dövr romanları arasında önəmli yeri olan "Qürur və Qərəz" XVIII əsr İngiltərəsində yaşanan unudulmaz bir sevgi hekayəsindən bəhs edir.
Orta səviyyəli bir ailənin ağıllı və şən qızı ilə təkəbbürlü bir gənc, eləcə də son dərəcə namuslu və varlı gənc arasında az qala nifrətlə başlayan münasibətin necə böyük bir sevgiyə çevrilməsindən bəhs edən bu kitabda sevgi, biri qürurlu, digəri qərəzli iki insanın zaman keçdikcə yanıldığını və bir-birlərinə etdikləri haqsızlıqların yalnız sonu olduğunu, bunun sevgi ilə əvəz oluna biləcəyinə şahid olacaqsınız.
"Vadidəki zanbaq", (1835) Onore de Balzak

Onore de Balzakın ən məşhur kitablarından biridir. Henriette ilə özündən çox kiçik Feliks arasında mümkün olmayan sevgi haqqında əsər. O, həmçinin Fransada inqilabdan sonrakı ictimai həyatla bağlı ipuçlarını ehtiva edir və emosional yaxınlaşmanı təsvir edir. O, insan və yerlərin təsvirində də böyük məharətlə oxucunu hadisənin uydurmasına sürükləmişdir. Romanda XVIII əsrdə zamanla həyatında baş verən dəyişikliklərdən və gələcəkdə tanış olduğu bir qadına, ailəsi tərəfindən müxtəlif təzyiqlərə məruz qalan gəncə olan bağlılığından bəhs edir. Eşqin gətirdiyi iztirablar çox orijinal və gözəl şəkildə əks olunub.
"Vəba dövründə sevgi" (1985) Qabriel Qarsia Markes

"Vəba dövründə məhəbbət" Qabriel Qarsia Markesin ən məşhur romanlarından biridir. XIX əsrin sonu və XX əsrin əvvəlləri arasında Fermina Daza, Florentino Ariza və Doktor Juvenal Urbino üçbucağında inkişaf edən parlaq qarşılıqsız sevgidən bəhs edən kitab, əzabın ülvi bir hərəkət olduğu fikrini intensiv şəkildə araşdırır. Florentino Ariza ömür boyu sevdiyi Fermina Dazaya qovuşmaq üçün 53 il 7 ay 11 gün gözləyir.
"Uğultulu yüksəkliklər", (1847) Emili Bronte

XIX əsr ingilis ədəbiyyatının önəmli qadın yazıçılarından biri olan Emily Brontenin ilk və yeganə romanı "Uğultulu yüksəkliklər", parçalanmış olduğu qədər də xəstə bir sevgi hekayəsi ətrafında cərəyan edir. Qotika roman janrının uğurlu nümunələrindən olan "Uğurlu yüksəkliklər" qaranlıq və dumanlı evlərdən, müxtəlif istəklərin, ehtiras və düşüncələrin boyadığı otaqlardan, oyanan kabuslardan bəhs edərkən realizmdən əl çəkməyən bir strategiyadır.
Şarlotta Bronte tərəfindən "Jane Eyre" (1847).

On yaşında yetim qalan Ceyn Eyr onu heç vaxt sevməyən, amma ona qulluq edən bibisi ilə çətin həyat sürür. O, göndərildiyi sərt internat məktəbində pis günlər keçirir. Lakin Ceyn Eyre Şarlotta Bronte qədər şanslı deyil, on il məktəbdə qalır və müəllim kimi məzun olur. O, Edvard Roçesterin malikanəsində qubernator kimi iş tapır. O, evin sirli ustası Roçesterə aşiq olur. Amma ağlına belə gətirə bilmədiyi çətinliklər və ağrılar onu gözləyir...
“Xəz paltolu Madonna”, (1943) Sabahattin Əli

"Xəz paltolu Madonna" — Səbahəddin Əlinin 1943-cü ildə nəşr olunmuş romanıdır. İlk dəfə 18 dekabr 1940 - 8 fevral 1941-ci il tarixlərində "Gerçek" qəzetində "Böyük hekayə" adı ilə 48 fəsil olaraq seriallaşdırıldı. Qeyri-adi bir sevgi hekayəsinin mövzusu olduğu roman son illərdə türk ədəbiyyatının ən çox oxunan əsərlərindən biri olub.
"Anne Frankın gündəliyi", (1947) Anne Frank

"Anne Frankın gündəliyi " Anna Frankın Hollandiyanın nasist işğalı zamanı ailəsi ilə birlikdə gizləndiyi müddətdə saxladığı gündəliyi ehtiva edən kitabdır. Ailə 1944-cü ildə həbs olundu və Anna Frank Bergen-Belsen həbs düşərgəsində tif xəstəliyindən öldü. Həmin gündəliyi Annanın atası Otto Frank Miep Giesə vermişdi. Gündəlik 60-dan çox dildə nəşr olunub. Sionizmi təbliğ etdiyi üçün müxtəlif ölkələrdə qadağan edildi.
Mənbə: Onedio
Tərcümə etdi: Nuran Əhmədzadə
