Bu gün:

Allergiya haqqında bilməli olduğunuz 4 fakt


Dos. Dr. Sərvət Kayhan yaz mövsümünün gəlişi ilə artan allergiya ilə bağlı bəzi izahatlar verdi. Kayhan, allergiyaya qarşı kefir və qatıq istehlakının əhəmiyyətini də vurğuladı.

Altınbaş Universitetinin müəllimi  Dr. Servet Kayhan yazda bədənimizin həssas olduğunu  xüsusilə polenlərin (çiçək tozu) bu həssaslığı tətiklədiyini qeyd edir. İnsanların 20%-i allergiya yaşaya bilir, allergik reaksiyalar erkən yaşlarda daha çox görülür.

Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqlarda allergiya faizi daha yüksəkdir.

Allergiya insanın doğulduğu mühitlə əlaqəlidir. Qeysəriyyə ilə doğulanlarda allergiya nisbəti daha çoxdur. Normal doğuşda körpə anadan lazımi immuniteti qazana bilir, ancaq keysəriyyə ilə doğuşda belə bir şey mümkün deyil. Allergiya təbii mühitdən uzaq insanlarda, vaxtından əvvəl doğuşlarda, kifayət qədər ana südü almayanlarda və daha çox antibiotik istifadə edənlərdə daha çox olur. Xüsusilə, hamiləlik, allergik astmanın risklərinin bir qədər artdığı bir dövrdür. 

Allergiyaya genetik faktorlar təsir edir.

Kayhan qeyd edib ki, valideynlərindən birinin allergiyası olan fərdlərin yüzdə 30-nun allergiyası var. Əgər hər iki valideyndə allergiya varsa, uşaqların 60%-də bu hal görülə bilər. Allergiyaya genetik meyl təsir edir. Allergiya müalicəsində birinciliyimiz insanın nəyə allergiyası olduğunu müəyyən etmək və ondan uzaq durmasını təmin etməkdir.

Evdən diqqət edilməlidir.

Bəzən fərdin allergik reaksiya verdiyi şeylərdən uzaq durması mümkün olmur. Buna görə də allergiya yaradan faktorların ev şəraitində qarşısının alınması lazımdır. Polen (çiçək tozu) allergiyasında səhər saatlarında və tozcuqların intensiv şəkildə uçduğu günlərdə ətrafa çox çıxmamaq lazımdır. Evlərin divarındakı kiflər məhv edilməli, paltarlar yataq otağında qurudulmamalı, otaqlar çox rütubətli olmamalıdır. Rütubət 30-50 faiz arasında olmalıdır. Yüzdə 50-dən yuxarı rütubət allergiyanı artırır. Allergiyası olan insanlar ətir və dezodorantlardan istifadə etməməlidir. Siqaret çəkən bir ev mühitində uşaqların allergik olma nisbəti daha çox artır. Ağardıcı kimyəvi buxar tənəffüs yollarına və burun mukozasına zərər verə bilər və bu allergik astma tutmasına səbəb ola bilər.

Kefir və qatıq istifadəsi artırılmalıdır.

İnsan qidalanmasına da fikir verməlidir. Kefir və qatıq istehlakı immunitet sistemini gücləndirir. İmmuniteti aşağı olan insanların allergiya riski daha yüksəkdir. İnsanlar bol maye qəbul etməli, lazım olan A, B, C, D, E vitaminlərini almalı,təzə meyvə və tərəvəzlər tükətməlidirlər. İmmunitet sistemini gücləndirmək üçün kefir və qatıqdan probiotik (qida əlavəsi)  istifadə allergiyanın təsirini azaldır.


Mənbə : Sözcü

Tərcümə : Samirə İsmayılova

Paylaş