Əksər valideynlər övladı üçün aldıqları hər bir əşya, oyuncaq və ya tədris materialını araşdırırlar. Valideynlər kitab seçərkən nələrə diqqət etməlidirlər?
1. Kitabın yaş uyğunluğu vacibdir
Kitab seçərkən, ilk növbədə, uşağınızın yaşını nəzərə almalısınız. Yaşına uyğun olmayan kitabı uşağa vermək onu bezdirə və ya çaşdıra, kitablardan uzaqlaşdıra bilər. Kitab mağazalarında kitablar, adətən, yaş qruplarına görə satılır. Bu işinizi asanlaşdıracaq.

2. Onun maraqlarına uyğun məzmunlu kitab alın
Əgər övladınızda kitab oxuma vərdişi yaratmaq niyyətiniz varsa, onun əvvəlcə bəyəndiyi qəhrəmanları, peşələri və ya oyunları ehtiva edən kitabları seçə bilərsiniz.

3. Əvvəlcə aldığınız kitabları oxuyun
Uşaqlar üçün saysız-hesabsız kitablar var və təəssüf ki, hər birinin məzmunu mükəmməl deyil. Əvvəlcə aldığınız kitabın məzmununa və çertyojlarına baxıb, sonra övladınıza verməlisiniz.

4. Həmişə eyni xarakterli və ya məzmunlu kitabları seçməyin
Həmişə eyni xarakterli kitablara və ya eyni hekayələrə üstünlük verirsinizsə, bu onlara kitabların sıxıcı olduğu təsirini bağışlayacaq. Yeni kəşflərə açıq olan, uşaqların fərqli hekayələr, rəsmlər görməsi onlara yaxşı təsir edəcək.
Mənbə: Milliyet
Tərcümə etdi: Nuran Əhmədzadə
