Bu gün:

Simurq əfsanəsi (Zümrüd-ü Feniks)-Xülasə



Nağıllarda eşitdiyimiz əfsanəvi alovlu Simurq quşu əfsanəsini sizə danışacağıq. Əfsanəvi quş Zümrüd-ü Anka adı ilə tanınan Simurqdur. Ərəb mədəniyyətində Anka adı ilə tanınan əfsanə türk mədəniyyətində Zümrd-ü Anka adı ilə tanınır. Müxtəlif mədəniyyətlərdə də mövcud olan bu əfsanənin əslində mövcud olması fikri irəli sürülüb.

Zümrüd-ü Anka ölümün yaxınlaşdığını hiss etdikdə qurumuş budaqlar arasında yuva qurur. Onun burada öləndən sonra küldən diriləcəyinə inanılır. Yuvada ölümü gözləyir, günəş şüaları qurumuş budaqları yandırır. O yanaraq ölür və əfsanəyə görə, küldən bala kimi yenidən doğulur. Quşlar aləmində feniksin mümkün yanlış vəziyyətləri həll edəcəyinə inanırdılar. Bir müddət sonra o, öz-özünə yox olur. Quşlar onu tapmaq üçün kobud dərələri keçirlər. Qaf dağının zirvəsində olduğu deyilir, amma ora çatmaq lazımdır. Birlikdə yola çıxan quşlar bir-bir ölürlər. 30 quş qalır və onlar Kəf dağına çatırlar. Simurq farsca “Si”, “Murq” isə quş deməkdir. Buradan 30 quş gəlir.

Harry Potter filmində quşun yanaraq külündən yenidən doğulduğunun şahidi ola bilərsiniz. Xristian dinində də nəşr olunan əfsanələrdən biridir. Məlumdur ki, Feniks öz həyatını bilik ağacının budaqlarında davam etdirir. Feniks nağıllarda, şeirlərdə və mahnılarda təsvir edilmişdir. Ölüm və yenidən var olma rəmzi rəvayətlərlə nəql olunur.


Mənbə: Denkbilgi.com


Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et