Bu gün:

Asqırmağınız necə bir insan olduğunuzu göstərir


TDK-nın “Burun qişalarının qıcıqlanması və tənəffüs əzələlərinin ani daralması ilə ağızdan və burundan tez, səsli nəfəs alma” olaraq təyin etdiyi asqırma hərəkəti sizin necə bir insan olduğunuzu ortaya qoyur.

Yüksək səsli və çölə doğru asqırmaq

Bu insanlar asqırmağı çox əyləncəli hesab edirlər.  Onlar, ümumiyyətlə, yüksək səs tonuna sahibdirlər və istənilən mühitdə asanlıqla asqırırlar. Özünəinamı yüksək olan bu insanlar yüksək sosial intellektə malikdirlər.

Səssizcə içəriyə doğru asqırmaq

Bu insanlar utancaqdırlar. Asqırarkən burnunu silərkən səs-küy salmamağa, heç kimi narahat etməməyə çalışırlar.  Onlar gözəl əxlaqlıdırlar və nəyin cəmiyyətdə məqbul olub-olmadığını bilirlər. Bu insanlar çox vaxt sosial mühakimələrə də daha həssasdırlar.

Asqırmağı tutmağa çalışmaq

Bu, istəyə bağlı bir vərdişdir. Bu insanlar ictimai yerlərdə burunlarını silməkdən də narahatdırlar və sosial cəhətdən güvənsizdirlər.

Mənbə: CNN Türk

Tərcümə etdi: Lalə Mənəfova

Paylaş
Şərh əlavə et