
Avropada 220 000-dən çox insanın iştirak etdiyi genişmiqyaslı araşdırmada təxminən 4 000 addım atmaqla sağlam bədənə nail oluna biləcəyi qənaətinə gəlinib.
Məlum olub ki, əsaslı elmi araşdırmaya qatılan 227 min sağlam insan 3800 addım ataraq vaxtından əvvəl ölüm riskini azaldıb. Sağlamlıq mütəxəssislərinin “ hərəkətsiz” olaraq təyin etdiyi 5 mindən az addım atan insanların sağlamlıq vəziyyətlərinin yaxşı olduğu bildirilib. İcmalda gündə ən az 2300 addım atıldığında infarkt və insult kimi ürək-damar xəstəliklərindən ölmə riskinin azaldığı görülüb. Tədqiqatçıların fikrincə, gündə 10.000 tövsiyəyə yenidən baxılmalıdır, çünki insanlar hələ də "nə qədər çox addım atsam, bir o qədər sağlam olaram" düşüncəsinə sahibdirlər. Təbii ki, 10 min addım atmağın heç bir zərəri yoxdur, amma daha az addım atmaqla da sağlam bədənə sahib ola bilərsiniz.
Bəzi ekspertlər ideal addım sayını 4 min olaraq izah ediblər. Günümüzdə piylənmə insan sağlamlığını təhdid edən problemlərindən biridir. Osteoporoz, xərçəng, ürək-damar xəstəlikləri, şəkərli diabet və hipertoniya qeyri-aktiv və qeyri-sağlam qidalanma nəticəsində sağlamlığımızı risk altına atır. Dünyada insanların 25 faizinin oturaq həyat tərzi sürməsi xəstəlik riskini artırır. Gündəlik məşqlər və gəzintilər təkcə immunitetimizi gücləndirmir, həm də çəki nəzarətini dəstəkləyir. Hər yaşda həyat keyfiyyətini artıran bir məşq olan gəzinti ən asan edilən məşqlərdən biridir. Məlumdur ki, müntəzəm olaraq 30 dəqiqəlik gəzinti ürək-damar sistemini gücləndirir, bədən yağını azaldır və sümük sağlamlığı üçün faydalıdır. Bundan əlavə, 2-ci tip diabet, osteoporoz, ürək xəstəliyi və bəzi xərçəng növləri ilə qarşılaşma riski azalır.
Mənbə: Haber global
Tərcümə etdi: Lalə Mənəfova
