
Hamımızın fərqli göz rəngləri var. Bu variasiya piqmentasiya ilə bağlıdır və həqiqətən, qəhvəyi tonlar göz rənginin sağlam bir gen tərəfindən formalaşması deməkdir. Digər rənglər müxtəlif səbəblərdən ortaya çıxır.
Gözlərə rəng verən sahə iris adlanır. Göz bəbəyini əhatə edən bu həlqə insandan insana müxtəlif səviyyələrdə melanin (saç və göz rəngindən məsul olan piqment) ehtiva edir.
Göz rəngi sırf genetikdir. Heç bir xarici faktorla müəyyən edilə bilməz. Göz rəngi insanın sistemindəki melaninin səviyyəsi ilə müəyyən edilir.
Müxtəlif çalarlarda qəhvəyi gözlər ən çox yayılmışdır, lakin mavi gözlər daha nadirdir, çünki, əslində, gözdə mavi piqment yoxdur. Mavi gözlər, əsasən, melaninin olmamasından qaynaqlanan genetik mutasiyadır.
İnsanın bədənində melanin az miqdardadırsa, gözlər yaşıl rəng alır. Dünyada çox nadir rast gəlinən qırmızı və bənövşəyi gözlər də melanin çatışmazlığından yaranır.
Mənbə: Habertürk
Tərcümə etdi: Lalə Mənəfova
