Bu gün:

Uşaqlarımıza kitab alarkən nələrə diqqət etməliyik?


Uşağım üçün hansı kitabları seçməliyəm? Kitab uşağın doğulduğu andan oyuncaqları arasında olmalıdır və uşağın yaşına, yetkinlik səviyyəsinə, maraq və ehtiyaclarına uyğun seçilməlidir.

Körpələr üçün seçilən kitablar bunlar ola bilər: əllərinə uyğun kiçik parça kitablar, vanna otağına atılan kiçik plastik kitablar, qalın kartondan hazırlanmış kiçik kitablar. Bunlar bir və ya bir neçə səhifədən ibarət ola bilər. Hər səhifədə bir və ya bir neçə şəkil ola bilər, bu şəkillər uşağın ətrafındakı əşyaların, heyvanların, nəqliyyat vasitələrinin, alətlərin şəkilləri ola bilər, şəkillər rəngarəng və parlaq, eləcə də müxtəlif teksturalara malik ola bilər. Kitablar səsli və animasiyalı ola bilər.

Uşaqlar böyüdükcə kitabların ölçüsü də böyüyə bilər, amma kitabın səhifələri elə olmalıdır ki, uşaq vərəqləsin.

Uşaq üçün kitab seçərkən ondan həzz almağa və zövqlə dinlədiyi və ya uşağın çətinlik çəkdiyi, maraqlandığı mövzular seçilə bilər. 3 yaşına qədər, əsasən, uşağın ətrafda gördüyü əşya və fiqurların yer aldığı bir neçə səhifəlik şəkilli kitablar uyğun gəlirsə, uşaq böyüdükcə yazı və hekayənin "ağırlığı artdığı", uşağın təxəyyülünün gücləndiyi kitablar uyğun gəlir. Uşağın zövq alacağı kitabları seçmək diqqəti cəlb etmək üçün vacibdir.

Kitab seçərkən nəzərə alınmalı olan məqamlar; kitab uşağın yaşına uyğun olmalı, yazının dili və üslubu uyğun olmalıdır, kitab uşağın marağına səbəb olmalıdır. 

Uşaqlar üçün hansı kitabları oxuya bilərəm?

Valideynlərin övladlarına oxuyacağı ilk kitablar qorxulu şəkillər və narahatlıq doğuran hekayələrdən ibarət olmamalıdır, uşaqlara təbiəti və ətraf mühiti sevdirməli, məlumatlandırarkən əyləndirməli, uşaqların hərtərəfli inkişafına dəstək verməlidir. Valideynlər övladlarına kitablara baxmadan hədiyyə etməməlidirlər. Kitablar həm əyləncə, həm də informasiya vasitəsi olmalıdır. Əyləncə və maraqla oxunan kitabda olan məlumatlar həm tez qavranılır, həm də qalıcıdır.

Valideynlər övladlarına kitab oxutdurmaqla, özləri kitab oxumaqla, kiçik kitabxana yaradaraq, gündəlik cədvəllərində mütaliə vaxtı yazmaqla övladlarına kitabları sevdirə, həyatlarına kitabı daxil edə bilərlər.

Kitablar uşaqların şüurunu öz mədəniyyətlərindən kənarda olan mədəniyyətlərə açır. Bəziləri isə klassiklərin əbədi keyfiyyətini, siniflər arasında ötürülən janrları müasir şəkildə qəbul edir. 

Uşaqlara kitab oxumaq vərdişini necə aşılamaq olar?

Uşaqlar müəyyən yaşa qədər valideynlərini təqlid edir, onların davranışlarını nümunə götürürlər. Anasının dik dabanını geyinməyə çalışan balaca qız kimi. Şəxsiyyətiniz və davranışlarınız uşağınızın xarakterinin formalaşmasında təsirli olur. Əgər siz oxucusunuzsa, uşağınız bu davranışa daha tez uyğunlaşacaq. Bu səbəblə uşaqlara kitab oxuma vərdişi qazandırmaq üçün oxumağı və yazmağı öyrənmələrini gözləmək çox doğru bir davranış deyil. Onlara uşaq kitablarını oxutmaqla siz erkən yaşda “kitab-insan” əlaqəsini qura bilərsiniz.

Kitablar uşaqların zehnini öz dünyalarından kənarda açan qapılardır. Onların xəyal dünyasına və bir valideyn kimi həyatına töhfə vermək istəyirsinizsə, onlara vaxtaşırı kitab oxuya bilərsiniz. Uşaqlara oxunacaq kitablar dil inkişafı, obyekt tanıma və ünsiyyət bacarıqları kimi bir çox fərqli faydalar təmin edir. Uşaqlar üçün ən uyğun kitablar onların təhsilinə töhfə verənlərdir. Bu istiqamətdə seçimlərinizi etmək uşaq inkişafı və uşaq psixologiyası baxımından çox önəmlidir.

Mənbə: Çocuklu dünya

Tərcümə etdi: Nuran Əhmədzadə 

 

Paylaş
Şərh əlavə et