Bu gün:

Sosial şəbəkələrin insan psixologiyasına təsiri


Həyatımızın böyük bir hissəsini təşkil edən və indi az qala həyatımızın mərkəzində olan sosial şəbəkələr həm faydalı, həm də zərərlidir. 

Sosial şəbəkələr nədir?

İnternetin həyatımıza daxil olması ilə sosial şəbəkələr dediyimiz tətbiqlər həyatımıza daxil oldu. İlk məlum sosial şəbəkə tətbiqi Facebook -dur. 2006-cı ildə həyatımıza daxil olan bu sosial şəbəkə ilə birlikdə Twitter, Whatsapp, İnstaqram və Snapchat kimi mühüm şəbəkələr də inkişaf etdirilmişdir. Ümumilikdə, insanların sosiallaşması üçün hazırlanmış bu tətbiqlər zamanla insanların həyatında mühüm yer tutmuşdur. Sosial şəbəkələrin də iş həyatında mühüm yeri olub. Brendlər üçün əla PR iş mühiti yaradılmışdır. 

Sosial şəbəkələrdə bizi gözləyən gizli təhlükələr

Sosial şəbəkələr insanların həyatını asanlaşdırsa da, xüsusilə, brendlər və şirkətlər üçün yaxşı bir vasitə olsa da , bu vasitələrin də bilinməyən gizli təhlükələri var. Xüsusilə, uşaqlıq və yeniyetməlik dövründə istifadə edilən sosial şəbəkələr bir çox gizli təhlükələri ehtiva edir. İnkişaf çağında olan uşaqların həyatına mənfi təsirlər göstərə biləcəyini söyləyə bilərik. Sosial şəbəkələrin gizli təhlükələri arasında saya biləcəyimiz ən acınacaqlı vəziyyət uşaqların pis vərdişlərə meyil etməsi və onlara maraq göstərməsidir.

Bu gün insanlar hər anlarını sosial şəbəkələrdə paylaşırlar. Sosial şəbəkələrdə konkret filtr olmadığından və ümumiyyətlə, yaş məhdudiyyəti olmadığından uşaqlar görməməli olduqları bir çox vəziyyətlərin şahidi olurlar. Sosial şəbəkələrdə uşaqlar tərəfindən seksual məzmun, zərərli maddələrdən istifadə, zorakılıq və hər cür qeyri-qanuni hallara asanlıqla rast gəlinir. Bu, onların yanlış inkişaf etməsinə səbəb olur. 

Sosial şəbəkələrin insan psixologiyasına təsiri

Sosial həyat insan psixologiyası üçün mənfi nəticələrə səbəb ola bilər. Bu şəbəkələrdə insanların, ümumiyyətlə, xoşbəxt profil çəkməsi və hər şeyin yaxşı olduğu bir görüntü yaratması insanların öz həyatlarını çox şübhə altına almasına və bədbəxt olmasına səbəb olur. Bir çox insanlar sosial media tətbiqlərində hər şeyə sahib olduğunu düşündüyü və heç bir problemi olmayan insanlara həsəd aparır və öz həyatlarından razı deyillər. Bu vəziyyət insanların depressiya, narahatlıq və panik atak kimi problemlərlə üzləşməsinə səbəb olur. 

Sosial şəbəkələrin insan psixologiyasına təsiri bununla məhdudlaşmır. Sosial şəbəkələrdə qurulan əlaqələrin daha asan həyata keçirilməsi ilə insanlar real həyatdan uzaqlaşmağa başlayıblar. Bu yadlaşma həm də insanların uğursuz insani münasibətlər qurmasına səbəb olur.

Sosial şəbəkələrin faydaları nələrdir?

Sosial media şəbəkələri, ümumiyyətlə, mənfi təsirlər yaratsa da, bir çox əhəmiyyətli faydaları olduğunu söyləyə bilərik. Sosial şəbəkələrin faydaları aşağıdakılardır:

Siz dünyada baş verən hadisələri yaxından izləyə və hadisələri çox erkən fərq edə bilərsiniz.

Sizinlə eyni sevdiyi hobbisi olan insanlarla əlaqə saxlaya və bu insanlarla münasibət qura bilərsiniz.

Sosial şəbəkələr sayəsində siz asanlıqla hadisələr, qruplar və fəaliyyətlərdən xəbərdar ola və onları yaxından izləyə bilərsiniz.

Həm insanlarla, həm də ümumiyyətlə dostlarınızla asanlıqla ünsiyyət qura bilərsiniz.

Sinif və məktəb qrupları ilə asanlıqla əlaqə saxlaya bilərsiniz. 

Sosial şəbəkələr vasitəsilə siz daha çox insana daha asan çata, işinizi və təklif etdiyiniz xidməti daha asan bazara çıxara bilərsiniz.

Sosial şəbəkələr sayəsində özünüzü daha asan ifadə edə və əhəmiyyətli adlara asanlıqla çata bilərsiniz.

Sosial şəbəkələrin zərərləri nələrdir?

Təəssüf ki, sosial şəbəkələrin faydaları olduğu kimi insanların həyatına və psixologiyasına da mənfi təsirləri var. Bu neqativ xüsusiyyətlər həddən artıq çoxdur. Sosial şəbəkələrin zərərləri aşağıdakılardır:

Xüsusilə, gənclərdə və uşaqlarda şəxsiyyətin formalaşması dövründə mənfi təsirlər yaradır. Bu, onların özlərinin qane etmədikləri tərəflərini daha çox kəşf etmələrinə və özlərini daha qeyri-adekvat görməsinə səbəb olur.

İnsanların məxfiliyinə xələl gətirir.

İnsanların əsl simasını, ümumən xasiyyətini tam dərk edə bilmədiyin üçün aldadılma, zorakılığa məruz qalma halları artır. Xüsusilə, sevgi və şəfqətə ac olan insanların onlara göstərilən diqqətdən daha çox təsirlənməsi mümkündür.

Məşhur olmaq və tanınmaq istəyənlər üçün sosial media həm imkanlarla, həm də təhlükələrlə doludur. Bir çox gənclər özünü yaxşı ifadə etsə də, bu sahələrdə uğur qazansa da, bəzən insanlar çox yanlış vəziyyətlərə düşə bilirlər.

Bir çox insanlar sosial şəbəkələrdə var olmağa çalışmaqla yanaşı, real həyatdan uzaqlaşmağa, təcrid olmağa başlayır. Bu vəziyyət qarşısında bir çox psixoloji problemlər yaşanmağa başlayır.

İzləyən insanların xoşbəxt olması və çox şeyə sahib olması kimi hallar insanlarda acizlik və bədbəxtlik hissi yaradır.

Sosial şəbəkələrin faydaları və zərərləri insanların bu sahələrdən necə istifadə etməsinə görə dəyişir. Düzgün və şüurlu şəkildə istifadə edilən sosial şəbəkələr həm insanların fərdi inkişafına töhfə verəcək, həm də özünü ən yaxşı şəkildə ifadə etmələrinə kömək edəcək. 

Mənbə: Tech worm

Tərcümə etdi: Nuran Əhmədzadə


Paylaş
Şərh əlavə et