Bu gün:

Əncirin faydaları nələrdir?


Yay sonu meyvəsi olan əncirin tərkibində yüksək miqdarda kalsium və fosfor var. Uzun müddət dözümlü meyvə olmayan ənciri tez bir zamanda yemək lazımdır.

İndiki vaxtda piştaxtalarda hər meyvə və tərəvəzi istənilən vaxt almaq olar. Halbuki sağlamlıq üçün hər meyvə və tərəvəzi öz mövsümündə yemək lazımdır. Əlbəttə ki, ölçü mövsümə uyğun dəyişir. Qışda qurudulmuş halda yediyimiz ənciri yayın sonu bol ləzzətlə iri formada yeməyin əsl vaxtıdır. Bölgəsinə və növünə görə iyun ayında yığılmağa başlayan bu təbii ləzzət oktyabrda son dəmləməsini edir.

Qidalanma və Pəhriz Mütəxəssisi Kamuran Diğdem Akça deyir ki, əncirin yaydan payıza keçidlə zəifləyən immunitet sisteminə çoxlu faydası var. 

Bağırsaq hərəkətliliyini artırır

Bu gün sıx təlaş səbəbiylə qeyri-sağlam qidalanma vərdişləri və az lif qəbulu qəbizliyə yol açır. İnsan hər gün 25-30 qram lif qəbul etməli olduğu halda, əncir tərkibindəki lif sayəsində bağırsaq hərəkətliliyini artırır. 1 orta əncirdə təxminən 1 qram lif var. Əncirlə 1-2 stəkan su içmək bağırsaq hərəkətliliyini daha da artırmağa kömək edir.

İmmuniteti gücləndirir

Yaydan payıza keçidlə immunitet sistemi zəifləyir. Əncirin  güclü antioksidant xüsusiyyətləri ilə orqanizmin müqavimətini güclənir. A, E və K kimi bir çox vitaminlə də zəngin olan əncirin antioksidan gücü xüsusilə tünd rəngli olanlarda daha yüksəkdir.

Sümükləri qidalandırır

2 orta əncirin tərkibində 1 stəkan süd qədər kalsium var. Tərkibindəki kalsium və maqnezium sayəsində sümükləri qidalandırır. Xüsusilə tünd rəngli əncirdə kalsium daha çox olur.

Döş xərçəngi riskini azaldır

Elmi araşdırmalar, postmenopozal dövrdə meyvə tərkibli yüksək lif yeyən  qadınlarda döş xərçəngi riskinin daha az olduğunu göstərdi. Bu meyvəni əncirdən yana seçə bilərsiniz. Gündə 1 porsiya əncir istifadə etməklə döş xərçəngi riskini azalda bilərsiniz. Əncir tərkibindəki benzaldehid sayəsində xərçəngə qarşı qoruyucu və profilaktik təsir göstərir.

Ürəyi qoruyur

Qidalanma və Pəhriz Mütəxəssisi Kamuran Diğdem Akça deyir ki, əncir qan təzyiqini tarazlaşdırmağa kömək edən kaliumla zəngindir. Kardiyak riski yüksək olan, müntəzəm olaraq meyvə-tərəvəz yeyə bilməyən, işlənmiş qida və ət yeyən insanlarda gündəlik natrium qəbulu artır və kalium çatışmazlığı müşahidə olunur. Şəkər xəstəliyiniz yoxdursa, gündə 1 ədəd ənciri müntəzəm olaraq yemək qan təzyiqinizi tarazlaşdıraraq ürəyinizi qorumağa kömək edəcək.

Yüksək şəkər tərkibinə diqqət yetirin

Şəkərin yüksək olması və qanda qəfil şəkər yaranması səbəbindən şəkərli diabet xəstələri mütləq təzə və ya qurudulmuş əncirə üstünlük verməməlidir. Əgər yeyiləcəksə,1 əncirdən çox yeyilməməlidir. Sağlam insanlar öz paylarına nəzarəti itirməməlidirlər. 1 porsiya meyvə yerinə 2 orta boy əncirə üstünlük vermək olar. Ancaq onun təravətinə aldanıb çoxlu miqdarda  yesəniz, çox yüksək miqdarda şəkər qəbul etmiş olarsınız. Bu, növbəti yeməyə qədər daha tez ac qalmağınıza səbəb olsa da, 100 qram əncirin (təxminən 2 kiçik əncirin) tərkibində 80 kalori və 20 qram karbohidrat olduğu üçün həddindən artıq yemək şəkər xəstəliyinə səbəb ola bilər.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş