
Qışda yağan qar yolu bağlayır, donanda isə buza çevrilərək qəzalara səbəb olur. Qarlı və buzlu yolların vurduğu ziyanı minimuma endirmək üçün yollara duz atılır. Yollar açıldıqdan sonra avtomobillərin köməyi ilə yollar duzlanaraq baş verə biləcək qəzaların qarşısı alınır. Qışda qəzaların sayı yaydan dəfələrlə çoxdur. Belə qəzaların qarşısını almaq üçün elmi üsuldan istifadə edilir.
Havanın temperaturu sıfırın altına düşəndə təmiz su donmağa başlayır. Təmiz suyun donma nöqtəsi sıfır dərəcədir. Havalar soyuduqca yollarda buz əmələ gəlir. Yola duz töküldükdə suyun donma temperaturu -9,3°C olaraq müəyyən edilir. Bu şəkildə duz atılan yollarda donma hallarına çox az rast gəlinir. Lakin şaxta hadisələri havanın temperaturu -9°C-dən yuxarı qalxdıqda baş verir.
Yollara duzun tökülməsi ilə şaxtanın önünü kəsərək qəzaların qarşısı alınır. Duz və suyun qarışdırılması ilə alınan duzlu suyun donma temperaturu -9,3°C-dir. Əgər duz tökülən yer donmayıbsa, şaxta baş vermir.
Mənbə: Denkbilgi.com
Tərcümə etdi: Aydan Qasımova
