Bu gün:

Şəxsi münasibətlərdə dinlənmənin əhəmiyyətləri


– Sizcə, münasibətlərinizdə yaxşı dinləyicisiniz? Bəs bu sahədə özünü necə təkmilləşdirə bilərsən?

– Sizcə, münasibətlərinizdə yaxşı dinləyicisiniz? Bəs bu sahədə özünü necə təkmilləşdirə bilərsən?

Münasibətlərdə bir tərəf daha çox danışır, digər tərəf isə çox vaxt dinləyici olur. Bəs dinləyici həqiqətənmi qulaq asır? Əksər insanlar araşdırma nəticələrinə zidd olaraq, özlərini yaxşı dinləyici hesab edirlər.

Dərin dinləmənin məqsədi bilik əldə etmək, bir insanı və ya vəziyyəti anlamaq və ondan zövq almaqdır. Fəal dinləmə insanların dediklərinə qulaq asmaq üçün şüurlu qərar verməkdir. Bütün bunlar diqqəti yayındıran heç bir şey olmadan, başqalarına, onların sözlərinə və mesajlarına yönəlməkdir.

İnsanların terapevtlərin yanına getmələrinin ən çox rast gəlinən səbəblərindən biri də onlara qulaq asmaq istəmələridir. Dinləmək və empatiya etmək yaxşı ünsiyyət mütəxəssislərinin, rəhbər və terapevtlərin xüsusiyyətləridir. Dinləmək bacarığını öyrənmək olar, lakin bəzi insanların daha yaxşı dinləyici olmağa meylli olduqları da həqiqətdir.

Şəxsiyyətlərarası münasibətlərdə dinləmənin vacibliyini vurğulamamaq qeyri-mümkündür. Faye Doell tərəfindən 2003-cü ildə aparılmış araşdırma göstərdi ki, dinləmənin iki növü var, bunlar: anlamaya qulaq asmaq və cavab vermək üçün qulaq asmaq. Anlamanı dinləyən insanlar digərlərinə nisbətən öz şəxsiyyətlərarası münasibətlərindən daha çox məmnun olurlar. İnsanların əksəriyyəti başa düşmək üçün qulaq asdıqlarını düşünsələr də, əslində cavab dinləyirlər.

İnsanlara düzəliş vermək istəyəndə, adətən, onlar başqalarına təsir etmək üçün öz tələbatlarını ödəyirlər. Eyni araşdırmalar göstərir ki, birlikdə terapiya alan cütlüklər də digərlərinə nisbətən daha yaxşı dinləyici olmağa meyllidirlər, çünki onlar müalicə prosesi zamanı öyrənirlər. Həmçinin qeyd edilir ki, qadınlar istirahət etməyə meyllidir, kişilər isə düzəltməyə və ya cavab verməyə meyllidirlər.

Amerikalı psixoloq Karl Rocersin sözlərinə görə, hər bir sağlam münasibətlərin əsasını fəal və ya dərin dinləmə təşkil edir. Bu həm də münasibətlərin inkişafı və inkişafı üçün ən effektiv yoldur. Dinləyənlər özlərində daha açıq və demokratik, çox vaxt isə daha az müdafiə olunanlardır. Yaxşı dinləyicilər mühakimədən qaçınır və natiqlər üçün daha təhlükəsiz şərait yaradırlar.

Xoş xəbər odur ki, biz diqqətlə qulaq asmağı öyrənə bilərik. Nə qədər çox dinləsək, bir o qədər şəxsiyyətlərarası münasibətlərimiz yaxşılaşır.

Daha yaxşı dinləyici olmağa kömək edəcək bir neçə məsləhəti təqdim edirik:

  • Özünü natiqin yerinə qoy
  • Başa düşmək üçün qulaq asın
  • Bədən dilinə diqqət edin
  • Şəfqət göstərməyə çalış
  • Mühakimə etməyin
  • Biri danışanda gözlərinə bax,
  • Sözlərlə bağlı hisslərə diqqət edin
  • Natiqin intonasiyasına fikir verin
  • Deyilənləri öz sözlərinizlə təkrar edin (empatik proyeksiya)
  • Başınızı əyirərək və ya "bəli" kimi ifadələr işlədərək qulaq asdığınızı digər insana bildirin.
  • Əgər fürsət yaranarsa, hərdənbir başqa natiqlərin şərhlərini qısaca danış.                                                

Mənbə: HT Hayat

Tərcümə etdi: Samirə Kərimli

Paylaş
Şərh əlavə et