20 yaşlarında olan gənclərə bəzi məsləhətlər var!
1. Sadəcə ayrılarkən, xarici görünüşünüzdə böyük bir dəyişiklik etdiyinizdə, kədərli olduğunuzda və ya həyatınız xaotik olduğu zaman başqa bir insanla eşqbazlıq etməyin. Birincisi, həyatınızı qaydaya salın.
2. Sizə zövq verən məşğuliyyətlərə qarşı seçici olun. Vaxt itkisinə yol verməyin.
3. Səhərlər duş qəbul etmək vərdişində olun. Bunu edə bilməsəniz də, axşamlar duş qəbul etməmiş yatmayın.
4. Gündə 1 saat oxuyun, yazın, başa düşdüklərinizi qeyd edin 1 saat sosial mediadan uzaq durun və özünüzə intellektual yığımı qurmaq üçün vaxt ayırın.
5. Çətin vəziyyətə düşəndə düşünməyin ki, bu, heç vaxt keçməyəcək. Hər zaman təkrar başlamaq üçün bir yol var. Heç vaxt ümidsizliyə qapılmayın.
6. Gündəlik qidalanmanızda zülal, təzə meyvə, tərəvəz və iki litr suyun olmasına diqqət edin. Balanslı pəhriz yemək 30 yaşlarınıza faydalı bir yatırımdır.
7. İdman üçün sadə bir qayda təyin edin. Böyük məqsədlər üçün gələn bazar ertəsinə qədər gözləmək əvəzinə, gün ərzində bir neçə sadə hərəkəti mütləq yerinə yetirin. Məsələn, gündə 200 pushup və 100 squat edin. Bu sizin sağlamlığınıza və enerjinizə görədir.
8. Ola bilsin, siz idmanla, musiqi ilə və ya incəsənətin digər sahələri ilə məşğulsunuz. Həyatınızda heç bir hobbiniz yoxdursa, seçimlərdən keçin və gələcəkdə sizə pul qazandıracaq hobbini yaradın.
9. Yaxşı həyat tərzi sürmək üçün diqqət mərkəzində olan insanlarla vaxt keçirin. Qeybət, şikayət və qısqanclıqla əhatə olunmayın.
10. Tarazlı həyat tərzi sürməyə diqqət yetirin. Ola bilsin, siz həyatın əsas problemləri ilə mübarizə aparırsınız. Hətta belə vaxtlarda vəziyyətin müvəqqəti olduğunu unutmayın və əylənmək üçün özünüzə zaman ayırın.
11. Sağlamlığınızı qoruyun. Sadəcə ətraf mühitlə ayaqlaşmaq üçün zərərli işlərə qatılmayın. Sizin qəbul etdiyiniz vərdişlər gələcəyinizi müəyyən edir.
12. Bu gün sizin üçün kədər mənbəyi olan insanların və məsələlərin hələ 5 il sonra da həyatınızda olub-olmayacağını nəzərdən keçirin. 5 ildə necə bir insan olmaq istəyirsiniz? Harada və kimlərlə birlikdə olmaq sizin üçün daha faydalı olacaq? Özünüzə bu sualları verməklə indiki anı dəyərləndirin.
13. Səbir et. Heç kim birdən-birə uğur nərdivanının başına qalxmır. Əlbəttə, sən ən yaxşısına layiqsən, amma ən yaxşını əldə etmək üçün çalışmalısan. Unutmayın ki, xəyal etdiyiniz şeylər üçün çox çalışmalısınız.
14. Həyatınıza görə yüz faiz məsuliyyət daşıyın. Nə şəraitləri, nə də insanları günahlandırın.
15. Hətta məzun olub, sənət əldə etsəniz də, hər zaman fərqli işlərlə məşğul olmaq şansı var. Cari işinizin ən yaxşılarını edin və əldə etdiyiniz təcrübəni qiymətləndirin. Qazanacağınız təcrübə gələcəkdə istədiyiniz işi görmək üçün yaxşı addım olacaq.
16. İnternetdən vaxtınızı öldürmək üçün yox, gəlir mənbəyi kimi istifadə edin. İnternetdə pul qazanmaq üçün saysız-hesabsız yollar var.
17. Ailənizə vaxt ayırın. Hətta sevgiliniz və ya dostlarınız həyatınızın əhəmiyyətli hissəsini tutsalar belə, ailənizə həmişə ehtiyacınız olacaq.
18. İnsanlarla ünsiyyətinizdə aydın olun. Söylənməyən sözlərin peşmanlıqlarını gələcəyə daşımayın. Üzr istəməkdə, minnətdarlıq etməkdə və lazım gələndə hədd qoymaqda özünüzü inkişaf etdirin. Bunlar sizin gücünüzdür.
19. Qaydanı müəyyən edin. Gecə saat 23:00-da yatmaq və 7:00-da oyanmaq sehrini kəşf edin. Təbii ki, vaxtaşırı dəyişikliklər olacaq. Amma unutmayın ki, planlı insan daha mütəşəkkil, ardıcıldır və gələcəyini formalaşdırmağa qadirdir.
20. Gələcəyinizi tək bir insan və ya içində olduğunuz qrup üçün qurban verməyin. Bir şeylə bağlı tədbir görərkən həmişə soruşun: "Bu mənim üçün bir nəticə verirmi?"
Mənbə HT: Hayat
Tərcümə etdi: Samirə Kərimli
Sizə zövq verən məşğuliyyətlərə qarşı seçici olun. Vaxt itkisinə qat-qat sərf etməyin2 / 20
